Ana səhifə Toplum |
"Nar Mobayl" öz abunəçilərinə nömrələrini yeniləməsini təklif edir.
Şirkət abunəçilərinə bununla bağlı bildiriş də göndərib.
Göndərilən mesajda müştərilərə öz nömrələrinin dublikatını çıxarmaları və bunun müqabilində 3 ay müddətində 300 dəqiqə şəbəkədaxili bonus qazanmaq şansı təklif edilir.
Şirkətin təklifi ilə əlaqədar müştəri xidmətlərindən "Axar.az"a bildirdilər ki, "Nar Mobayl"ın yeni kampaniyası yeni şəbəkəyə qoşulması ilə bağlıdır:
"Şəbəkəmiz genişlənir. Bu məqsədlə də abunəçilərimizə təklif edirik ki, nömrələrinin dublikatını çıxarmaqla yeni şəbəkəyə qoşulsunlar. Bu, tamamilə pulsuz həyata keçirilir. Abunəçilər şəxsiyyət vəsiqələrini və adlarına qeydiyyatda olan nömrələrini "Nar Mobayl"ın istənilən müştəri xidmətinə təqdim etməklə yeni kart əldə edə bilərlər".
Müştəri xidmətlərindən bildirirlər ki, yeni təklifdən hər kəs yararlana bilər:
"Şirkət bunu təklif edir. Məcburi şəkildə həyata keçirilmir. İstənilən "Nar" abunəçisi bundan yararlana bilər. Bu, abinəçilərin maneəsiz əlaqəsini təmin edəcək. Kartlarınızın dublikatını çıxarmaqla daha rahat formada ünsiyyət yarada bilərsiniz".
"Nar Mobayl"ın bu yeni təklifi "3G Modem" data-kartlarına da aiddir:
"Bu istifadəçilərin fasiləsiz internetdən istifadəsini həyata keçirəcək və işinizi daha da sürətləndirəcək".
Nömrənizin qoşulduğu kampaniyalar yeni kartınıza keçdikdə aktiv şəkildə qalacaq: "Kartınızı dəyişdirdiyiniz təqdirdə telefondakı mesajlaşmalar və kitabçadakı nömrələr silinə bilər. Qoşulduğunuz kampaniyalar isə olduğu kimi qalır".
Tarix
2014.04.19 / 08:20
|
Müəllif
Nigar İxtiyarqızı
|