Yuxarı

Ziya Məmmədov media holdinq qurdu – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir həftə ərzində media holdinqimiz fəaliyyətə başlayacaq".

Bu sözləri "Axar.az"a Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni layihəsi olan "Qarant media holdinq"in hüquqşünası Ruslan Məmmədov yeni holdinq barədə danışarkən dedi.

Onun sözlərinə görə, holdinqə neçə media orqanının daxil olduğu fəaliyyətə başlayandan sonra tam məlum olacaq:

"Fəaliyyətə başlayandan sonra bura hansı media qurumlarının daxil olduğunu görəcəksiniz. Redaksiya heyətinin də kimlərdən ibarət olduğu barədə hələlik bir söz demək istəmirəm. Bir həftə səbir etsəniz, bütün suallarınıza cavab tapacaqsız".

R.Məmmədov holdinqə "Gün.az" və Yurd TV-nin daxil olub-olmayacağından isə məlumatsız olduğunu bildirdi:

"Bu barədə konkret heç bir məlumatım yoxdur".

R.Məmmədov qeyd etdi ki, holdinqin əsas fəaliyyət istiqaməti "Nəşnl Geoqrafik"i ("National Geographic") Azərbaycana gətirməkdir:

"Fəaliyyətimiz bunun üzərində qurulub. Bütün gücümüzü də buna sərf edirik. Bununla yanaşı, media fəaliyyətimizi də genişləndirməyi düşünürük. Bu, paralel bir işdir. Ancaq təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd "Naşınl Qeoqrafik"dir".

Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media holdinq quruduğu xəbərini "Musavat.com" yaymışdı. Portalın məlumatına görə, holdinqə "News.az", "Mugamradio.az", "Marka.az", "İnterpress.az", "Auto FM", "Bakupost.az" həmçinin reklam saytları – "Turbo.Az", "Boss.az" və "Bina.az" saytları daxildir. Həmçinin "Gun.az", eləcə də Yurd TV-nin də holdinqin tərkibində olduğu deyilir.

Tarix
2014.04.19 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla