Yuxarı

Bəxti bağlanan "Qırmızı bağ" - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Film "Salnamə"dən alınıb "Azərbaycanfilm"ə verildi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Qırmızı bağ" filminin istehsalı hələ də başa çatmayıb.

2011-cı ildən istehsalına başlanılan filmin dörd ildir ki, son səhnələrinin çəkilişi müxtəlif bəhanələrlə gecikdirilir. Vaxtaşırı istehsalatda olan filmlərlə bağlı yazılar hazırladığımıza görə bu mövzunu da gündəmdə saxlamağa çalışırıq. Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası və Rusiyanın "Weit Media" şirkətinin birgə işi kimi istehsala başladı. Amma sonra bəzi dəyişikliklər oldu ki, bu haqda bir az sonra danışacağıq.

Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, bəstəkarı Salman Qəmbərovdur. "Qırmızı bağ"ın işıq ustaları avadanlıqla birlikdə Gürcüstandan dəvət olunub. Baş rollarda Maksud Məmmədov (Abbas), Gülzar Qurbanova (Vəfa), Taleh Bədiyev (Orxan) oynayır. Vəd olunanlar Rejissor Teleqraf.com-a açıqlamasında çəkilişlər barədə dəqiq məlumatın bir həftə içərisində məlum olacağını deyib:"Amma mən deyə bilmərəm ki, çəkilişlər dəqiq baş tutacaq, yoxsa yox. Çünki öncələrdə də söz verilib, amma alınmayıb. Bu dəfə dedilər ki, bir həftənin içərisində məsələ aydınlaşacaq və "start" komandası veriləcək".

O bildirib ki, çəkilişlərin dayandırılması maliyyə ucbatından baş vermişdi. Rejissor hesab edir ki, həmin səhnələrin çəkilməsi şərtdir: "Bu səhnələr baş qəhrəmanla əlaqədar olan çox vacib səhnələrdir. Ona görə də onlar çəkilməlidir. Əgər o səhnələrsiz filmi təhvil vermək mümkün olsaydı, bunu çoxdan edərdik". Araşdırmamız zamanı məlum olub ki, filmin bundan sonrakı istehsalını Azərbaycan tərəfindən "Azərbaycanfilm" həyata keçirəcək. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov isə qəzetimizə açıqlamasında filmin çəkilişlərinin bu ilin oktyabr ayına kimi təxirə salındığını deyib:"Filmi əvvəl "Salnamə" studiyası çəkirdi. Amma sonra filmin istehsalı "Azərbaycanfilm"ə verildi. Mövsümlə əlaqədar olaraq filmin son çəkilişləri oktyabr ayında olacaq. Artıq ondan sonra çəkilişlər bitmiş hesab oluna bilər".

Filmin süjet xətti Filmin süjet xəttinə gəlincə, hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir. Rejissorun sözlərinə görə, ekran əsərindəki növbəti xətt insan və təbiət münasibətləri ilə bağlıdır.

Filmin ideyasına görə, insan təbiəti qorumalıdır, çünki özü təbiətin bir parçasıdır. Adın mənası Filmin adının mənasını rejissor belə açıqlayıb:"Qırmızı bağ elə bir müqəddəs məkandır ki, bu məkanda hər şey reallığa çevrilə bilər. Bu, arzuların həyata keçdiyi bir məkandır. Qırmızı rəng qan simvoludur, insanın yaranmasına, başlanğıca dəlalət edir. Filmin qəhrəmanları qırmızı bağa düşməklə sanki yeni həyata başlayırlar. Və filmin sonunda qırmızı bağ mənasını tapır".

Tarix
2014.04.19 / 13:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla