Yuxarı

ABŞ narahat olmaqda davam edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər Nazirliyi Xümsdəki "qorxunc və faciəvi" vəziyyətə görə narahat olduğunu bildirib.

"Axar.az" xəbər verir ki, Nazirlik spikeri Cen Psaki gündəlik mətbuat konfransında etdiyi açıqlamada belə deyib: "ABŞ Xümsdə Əsəd rejiminin öz xalqına qarşı mərhəmətsizliyi son həddə çatdırması, qorxunc və faciəvi vəziyyət yaratmasına görə dərin narahatlıq keçirir".

Psaki sözlərinə bunu da əlavə edib: "Rejimin Xümsdəki köhnə şəhər bölgəsi sakinlərinə qarşı qəddarcasına hücumunu və atəşkəsi pozmasını şiddətlə qınayırıq. Bu qarşıdurmaya görə vətəndaşların durumundan narahat olan Beynəlxalq İctimaiyyətin hər bir üzvü kimi ABŞ da bu mərhəmətsiz döyüşdən əziyyət çəkən Xüms sakinləri və Suriyadakı günahsız vətəndaşlara dəstəyindən əl çəkməyəcək, bu mövzuda müsbət yönlü çağırışlara son verməyəcək. Suriya xalqının əziyyətləri sona çatana qədər bu vəziyyətə Beynəlxalq Cəmiyyətin diqqətini çəkməyə davam edəcəyik".

Tarix
2014.04.19 / 14:48
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla