Yuxarı

Dünya şöhrətli müğənni Bakı gəzintisində - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı daha bir məşhur müğənnini qonaq qəbul edib.

Məlumata görə, dünya şöhrətli amerikalı müğənni Maykl Bolton Bakıya gəlib. Bu gün Heydər Əliyev mərkəzində konsert verməyə hazırlaşan ifaçı şəhər gəzintisinə çıxıb. İçəri şəhəri başdan-ayağa gəzən Maykl şəkil çəkdirməyi də unutmayıb. Kamera qarşısına keçən müğənni fotolarını sosial şəbəkədə paylaşaraq: "Qədim şəhər Bakıda böyük gün" şərhini bildirib. Rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı bu gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

Qeyd edək ki, əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. "Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Müğənnilik ilə yanaşı bəstəkar kimi də özünü göstərməyi bacaran Maykl Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "KİSS" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

Sadaladıqlarımızdan əlavə olaraq Boltonun musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun "Herkules" animasiya filmində səslənmiş "Go The Distance" kompozisiyası "Oskar" mükafatına nominant olub./ANS/

Tarix
2014.04.19 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla