Yuxarı

Putin hərbi gəmiləri ABŞ sahillərinə göndərib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nikolay Çiker" gəmisi Ukrayna hadisələri başlayandan ABŞ sahillərində peyda olub.

Rusiyanın "Nikolay Çiker" hərbi gəmisi Ukraynanın şərqində vəziyyətin gərginləşdiyi gündən ABŞ-ın Florida ştatının sahillərində peyda olub. ANS PRESS-in məlumatına görə, bu barədə İtaliya mətbuatı yazıb.

Xəbərə görə, Rusiya Hərbi-Dəniz Qüvvələrinin nəhəng xilasetmə gəmisi "Nikolay Çiker" Ukraynanın şərq vilayətlərində vəziyyətin daha da gərginləşdiyi bir vaxtda Florida ştatının sahillərində müxtəlif manevrlər edir. Fevral ayının ortalarında "Nikolay Çiker" gəmisi Cəbəllütariq boğazından çıxıb və çox qısa müddətdə Karib adalarına çatıb. Gəminin göyərtəsində sualtı işlər üzrə mütəxəssis olan 50 nəfər var. Gəmi müasir avadanlıqlar, helkopterin eniş etməsi üçün meydança ilə təchiz olunub.

"Nikolay Çiker" gəmisi atom sualtı qayıqlarını kölgə kimi müşaiyət edir və onlara lazımi dəstək verir. Bir çox ekspertlərin fikrincə, ABŞ sahillərinə göndərdiyi iki atom sualtı gəmisinə dəstək verir. "Nikolay Çiker" gəmisi həmçinin digər kəşfiyyat gəmiləri ilə birlikdə işləyir. Gəmilərin fəallığı son bir həftədə isə daha qabarıq nəzərə çarpır.

""Nikolay Çiker" gəmisi Karib adalarına çatandan sonra ABŞ-ın 7-ci donanmasının sualtı gəmilərinin olduğu Kinqs-Bey rayonundakı bazasının ərazisinə daxil olub. Deyilənə görə, ərazidə "Nikolay Çiker" ilə yanaşı "Viktor Leonov" kəşfiyyat gəmisi də üzür. Rusiya gəmilərini ABŞ sahillərinə Krım hadisələri başlayan vaxtdan göndərilib. Aprelin 2-ci həftəsində Florida ştatının sahillərində peyda olub. Aprelin 15-də isə hərbi gəmi Kaneveral kosmodromunun yerləşdiyi rayona girib. Elə həmin gün Ukraynada vəziyyət daha da gərginləşmişdi", deyə İtaliyanın "Corriere della Sera" qəzetində dərc edilən yazıda bildirilir.

Qəzetdə qeyd olunur ki, ötən gün səhər "Nikolay Çiker" gəmisi NASA poliqonunun cənubunda yan alıb. Sanki izləmə mövqeyində durub. Gəminin Florida sahillərində manevrlər etməsi ilə bağlı ekspertlər müxtəlif fikirlər söyləyirlər. Bunlar aşağıdakılardır:

1. Gəmi burada kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirir.
2. Gəmi Rusiyanın atom sualtı gəmilərinə və ya uzun müddətdir ki, regionda olan "Viktor Leonov" gəmisinə dəstək verir.
3. Rusiya gəmilərinin Karib dənizində peyda olması bundan xəbər verir ki, Rusiya regionda hansısa sualtı işlər həyata keçirir.
4. Rusiya gəmilərini ABŞ sahillərinə Kanaveral kosmik mərkəzini izləmək üçün və ya müxtəlif məxfi informasiyaları əldə etmək üçün gəndərib /Musavat/.

Tarix
2014.04.19 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla