Yuxarı

Rövnəq Abdullayev Aşqabadda: Transxəzər güclənir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ prezidenti Rövnəq Abdullayev Aşqabadda səfərdədir.

Aprelin 18-də o, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib. Bu barədə Türkmənistan hökumətinin məlumatında deyilir.

Türkmənistan XİN-də Azərbaycan nümayəndə heyətilə görüş keçirilib. "Konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar zamanı Türkmənistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin ikitərəfli münasibətlərin inkişafına, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunur.

Lakin məlumatda konkret hansı məsələlərin müzakirə olunduğu açıqlanmır. Azərbaycan tərəfi də susur.
Turan agentliyinin məlumatına görə, ikitərəfli münasibətlərdə energetika mövzusu iki istiqamətdə inkişaf edir: Türkmənistan neftinin Azərbaycan vasitəsilə dünya bazarına nəqli və Türkmənistan neftinin Azərbaycan vasitəsilə Avropaya nəqli məqsədilə Transxəzər qaz kəməri layihəsində iştirak.

İldə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 3 mln. ton Trükmənistan nefti nəql edilir. Bu, Azərbaycana tankerlərlə daxil olur.

Transxəzər qaz kəmərinə gəlincə, bu layihənin dəyəri $2 mlrd., gücü ildə 30 mlrd. kubmetrdir. Layihə başa çatmaq mərhələsindədir və praktik olaraq reallaşmağa hazırdır.

Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov Transxəzər qaz layihəsinin reallaşmasını "prioritet vəzifə" adlandırıb.

2013-cü ilin mayında Aİ sammiti Transxəzər qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib.

Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq /Musavat/.

Tarix
2014.04.19 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla