Yuxarı

Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 19 aprel tarixində nazir Elmar Məmmədyarov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət konqresmenləri qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a daxil olan məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə ABŞ arasında əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının və ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Müxtəlif səviyyələrdə ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ölkəmiz haqqında ABŞ-da daha dolğun təsəvvürün yaranmasına xidmət etdiyini qeyd edən nazir Elmar Məmmədyarov bu qəbildən olan səfərlərin intensivliyinin artırılmasının vacibliyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında ABŞ nümayəndə heyətinə məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionun hərtərəfli inkişafına və regionda müəyyənliyin artmasına xidmət edəcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladaraq, Ermənistan ilə münasibətlərin qurulması üçün Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən əl çəkməli və ilk növbədə Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.04.19 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla