Yuxarı

II Dünya Müharibəsinin veteranı vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Vətən müharibəsi illərində (1941-1945) Moskvadan Berlinə kimi döyüş yolu keçmiş veteran Ərşad Məmmədov dünən Şirvan şəhərində dünyasını dəyişib.

1920-ci ildə Zəngilan rayonunun Babaylı kəndində doğulmuş Ə. Məmmədov 21 yaşında ordu sıralarına çağırılıb, Moskvadan Berlinə kimi döyüş yolu keçib. Bir sıra ağır çarpışmaların, o cümlədən tarixi "Oder döyüşü"nün iştirakçısı olub. Əsasən hərbi kəşfiyyat və mühafizə-təhlükəsizlik xidmətində çalışan Ərşad kişi dəfələrlə ölüm təhlükəsi ilə üzləşib, bir neçə dəfə yaralanıb.

Müharibə illərində bir neçə generalın mühafizə xidmətinin rəhbəri olmuş Ərşad Məmmədov döyüşən ordu sıralarında Berlinin alınmasında da iştirak edid. 1946-cı ilədək sovet qoşunlarının nəzarətindəki Döyçekroyna şəhərinin hərbi komendantı olub. Vətən uğrundakı rəşadətli xidmətlərinə görə müxtəlif döyüş ordenləri ilə təltif edilib.

Ordudan tərxis olunduqdan sonra Şirvan şəhərində (Əlibayramlı) yaşayan Ərşad Məmmədov müxtəlif təsərrüfat işlərində çalışıb. Dünən 94 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Məmmədov tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin əmisidir. /Musavat.com/

Tarix
2014.04.19 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla