Yuxarı

Adnan Oktara şok zərbə: "Artıq qızlar olmayacaq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "Harun Yəhya" kimi tanınan Adnan Oktara məxsus A9 telekanalındakı "Sohbetler" proqramında studiyada yarıçılpaq oturaraq Qurandan və İslamdan danışan, "kediciklər" adlanan qadınlar Türkiyədə siyasətçiləri də əsəbləşdirib.

Türkiyənin Baş nazirinin müavini Bülent Arınc bu proqramı rüsvayçılıq hesab edir.

Məlumata görə, Bursa şəhərindəki Tayyare Mədəniyyət Mərkəzində təşkil olunmuş "Uzaktakı yakın" sloqanlı Beynəlxalq Hz.Uftadə simpozrumunda çıxıq edərkən Bülənt Arınc deyib: "Çox dünyəviləşdik, amma bəziləri özlərini həddən ziyadə bilgili sayırlar. Bu işin pis tərəfidir. Onlar özlərini çox mömin, çox ağıllı hesab edirlər. Nəcib Fazil deyərdi ki, "Əvvəllər çətinliklər böyük buz dağları kimi idi, biz nəfəsimizlə o buzları əritdik, indi palçıq əlindən tərpənmək olmur". İndi də guya yol göstərənlər var.

Saçı ilə, saqqalı ilə, geyimləri ilə ətrafına topladığı üç-beş adamla iş gördüklərini sanırlar. Yaxşılarından Allah razı olsun, amma çoxunun işi pozulub. Bəzən telekanallara baxırıq. Yanındakılarla "hahaha", "hihihi", "inşallah", "maşallah" - başqa bir şey yox. "Kediciklər", bilmərəm "nəciklər". Bunlar da iş gördüklərini zənn edirlər. İslam, iman, Quran, ədəb, namus, abır-həyadan əsər-əlamət yoxdur. Əvvəllər qazan-tava satan biri var, indi İslamdan, Qurandan danışır. Ad çəkmirəm, bilən bilir.

Belələri İslama çox ziyan vurur. Bu adamlara inananlar arasında uşaqlarını, həyat yoldaşlarını, varidatını itirənlər var. Belələrinə baxıb "müsəlmanlıq budursa, mən qaçdım" deyənlər də var. Bu səbəbdən də pis adamlardan nümunə götürmək gərək deyil. Belələri nə qədər danışırsa, ortalıqda palçıq o qədər artır, ayaqlarımız palçığa batır. Bunlardan nə qədər uzaq olsaq, haqqa o qədər yaxın olarıq. Müsəlmanlıq çox gözəldir".

B.Arıncın bu sözlərinə A.Oktar dərhal cavab verib. O, özünün A9 telekanalında "kediciklər"in bir daha proqramlara qatılmayacaqlarını deyib.

"Qızlar artıq efirə çıxmayacaq. Studiyada kişilər olacaq. Biz burada İslamdan danışırıq. Amma başqa telekanalardda da dekolteli qadınlar var. Onlara da bir söz deyin", - Adnan Oktar söyləyib. /"Milli.az"/

Tarix
2014.04.19 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla