Yuxarı

VHP-də yeni sədr seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Komitəsinin 10-cu qurultayı keçirilib.

"Axar.az" xəbər verir ki, qurultayda ölkənin aparıcı QHT-ləri, müxtəlif partiya nümayəndələri, təşkilat rəhbərləri və ölkənin bir sıra tanınmış simaları iştirak edib.

Qurultayda çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, gənclərin fəaliyyəti hər zaman ölkənin gələcək həyatında həlledici rol oynayıb: "Bura yığışan bütün gənclər bizə əzizdir. Hamınıza xoşbəxt, firəvan və demokratik bir ölkədə yaşamaq arzulayıram. Köhnə nəsillə yeni nəsil arasında həmişə "nəsillərarası bitməyən savaş" olur və yaşlı nəsil gəncliyi qəbul etməkdə çətinlik çəkir. Amma elə inkişaf da məhz burdadır: gənclik özündən əvvəlkini inkar edir və bu inkar da dialektik inkişaf deməkdir".

S.Rüstəmxanlı gəncliyin yaşlı nəsildən umduqlarını yaxşı anladığını da söyləyib: "Sizlərə parçalanmış, torpaqları işğal edilmiş bir Azərbaycan vermişik. Amma Şeyx Məhəmməd Xiyabaninin gözəl bir sözü var: Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır. Qorxmaq olmaz, bu bizə yaraşmaz. Siz müstəqillik qazandırdığımız bu ölkənin torpaqlarını azad etmə, bütövləşdirmə yolunda əlinizdən gələni etməlisiz və inanıram ki, məhz gənclərin birgə mübarizəsi ilə biz buna nail olacağıq".

Hesabatdan, qonaqların və gənclər təşkilatları sədrlərinin təbriklərindən sonra VHP Gənclər Təşkilatına namizədlər - Tural Hüseyinlinin nümayəndəsi və İsmi Ağayev çıxış edib. Açıq səsvermədə Tural Hüseyinli 93 səs toplayaraq, 77 səs fərqi ilə rəqibini qabaqlayıb və VHP Gənclər Təşkilatının yeni sədri seçilib.

Xatırladaq ki, bir müddət öncə Pünhan İmanlı yaşı ilə bağlı VHP GT sədrliyindən istefa verdiyini açıqlamışdı və VHP GT Məclisi istefanı qəbul etmişdi.

Tarix
2014.04.20 / 09:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla