Ana səhifə Planet |
Bu gün ortodoks xristian din aləmində Pasxa bayramıdır. Peyğəmbər İsa Məsihi tərəfdarları ötən gün gecə saatlarından başlayaraq bayramı qeyd etməyə başlayıblar.
Xristian ölkələri ilə yanaşı, Yaxın Şərqdə - İsraildə, Türkiyə
və Misirdə də bayram əhval ruhiyyəsi yüksək olub. İnsanlar
kilsələrdə toplaşaraq müxtəlif ayinlər yerinə yetirib və dualar
ediblər.
Rusiyada prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və
xanımı Svetlana paytaxt Moskvada müqəddəs İsa kilsəsində dini
ayində iştirak ediblər.
Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən,
İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə
qeyd edilən bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti
olan Böyük Pəhrizdən əvvəlki İsanın Ehtirasının kuliminasiyasıdır.
Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu Şam Yeməyi və ayaq yumanın
anıldığı Müqəddəs Cümə Axşamının, həmçinin, İsanın çarmıxa
çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil
olduğu sonuncu həftəsi Müqəddəs Həftə adlanır. Pasxadan sonra əlli
günlük Estertide və ya Pasxa fəsli adlı dövr başlanır ki, həmin
dövr də Müqəddəs Üçlük Günü ilə başa çatır. /ANS/
Tarix
2014.04.20 / 10:39
|
Müəllif
Axar.az
|