Yuxarı

Millət vəkili jurnalistlərdən yardım istədi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sərsəng su anbarı hər an təhlükə mənbəyidir".

"Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) gənc rəssamlar və jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə Elxan Süleymanov deyib.

Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov çıxışında bildirdi ki, hazırda Azərbaycanın 7 rayonu real təhlükə altındadır:

"Məni təəssüfləndirən odur ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə biganə yanaşır. Təsəvvür edin ki, Sərsəng su anbarı ilə bağlı keçirilən sorğuda 15 min adamdan təxminən 10-15 nəfər bu problem haqda məlumatlıdır. Bu, çox acınacaqlı faktdır. Biz bu cür problemlərin aradan qaldırılması üçün jurnalistlərdən kömək istəyirik. Su anbarı ilə bağlı problemin aradan qaldırılması təkcə AVCİYA-nın işi deyil, bu bütün Azərbaycan xalqının problemidir".

Münsiflər heyətinin sədri, tanınmış şair Musa Yaqub çıxış edib və bildirib ki, bu müsabiqə təqdirəlayiqdir:
"Elxan Süleymanov Azərbaycanı AŞPA-da təmsil edir və ölkəmizin mövqeyini layiqincə qoruyur. Bilirsiniz ki, Sərsəng su Anbarı təhlükə altındadır. Ermənilər bu anbarı partlatmaqla Azərbaycanı təhdid edirlər. Bu təhlükənin qarşısının alınmasında hamımız həmrəy olmalıyıq".

Tədbirdə müsabiqə qaliblərinə pul mükafatları və sertifikat verilib.

Tarix
2014.04.20 / 12:37
Müəllif
Fatimə İbrahim
Şərhlər
Digər xəbərlər

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla