Yuxarı

Prezidentin xanımı seriala çəkilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan "Nashville" serialının növbəti bölümündə çəkilib. ANS PRESS-in məlumatına görə, xanım Obama serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək.

Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olması ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb.
Amerikanın birinci xanımının iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq.

Bu, Mişel Obamanın ilk serial təcrübəsi deyil. O, aprelin 24-də yayımlanacaq "Park və istirahət ərazisi" serialında da epizodik rolda çəkilib. Bu serialın 24 aprel buraxılışı böyük həyəcanla gözlənilir. Çünki amerikalılar Mişel Obamanın ilk aktrisalıq məharətini məhz "Park və istirahət ərazisi" serialında görəcəklər. ABŞ-ın birinci xanımı serialın sonuncu buraxılışında İndiana ştatının park və istirahət ərazilərindən danışacaq.

Mişel Obama "Park və istirahət ərazisi" serialında rol almış ilk Ağ Ev nümayəndəsi deyil. İki il bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden bu filmə çəkilib. Serialda Baydendən əlavə 3 senator və prezident postuna namizəd Con Makkeyin də çəkilib. Kinonun rejissoru keçmiş dövlət katibi Hillari Klinton üçün də rol hazırladığını bəyan edib. /ANS/

Tarix
2014.04.20 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla