Yuxarı

ABŞ-ın pilotsuz təyyarəsi 30 döyüşçünü öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava hücumunda mülki şəxslər də öldürülüb.

Yəmənin cənubunda ABŞ ordusunun pilotsuz təyyarə ilə etdiyi hücum nəticəsində Əl-Qaidə qruplaşması ilə əlaqəli olduğu bildirilən azı 30 döyüşçü həlak olub. Məlumata görə, xeyli sayda yaralıların olduğu bildirilir.

Bu barədə Franspres agentliyi xəbər verir. Məlumata görə, Aviahücum Yəmənin Əl-Beyda vilayətində həyata keçirilib. Pilotsuz təyyarədən döyüşçülərin olduğu güman edilən avtomobilə raket zərbəsi endirilib. Başqa bir mənbə hücum nəticəsində, yaxınlıqda olan 2 maşına da ziyan dəydiyini və aviazərbə nəticəsində 5 mülki şəxsin həlak olduğunu, 6 nəfərin isə yaralandığını xəbər verir.

Ötən ilin dekabr ayında Yəmən parlamenti ABŞ-ın pilotsuz təyyarələrlə hava əməliyyatları keçirməsini qadağan etsə də, amerikalı hərbçilər hələ də ara-sıra "dron" adlandırılan bu uçan aparatları ölkənin hava məkanına buraxır. Bu hücum , son iki ayda sayca 7-ci belə insident olub.

Tarix
2014.04.21 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla