Yuxarı

“Abbas Abbasov beşinci kolonun üzvüdür”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Abbas Abbasovun Rusiya ilə əlaqələrindən Azərbaycana hər hansı xeyirin gəldiyinin şahidi olmamışam".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycanda beşinci kolonun bir neçə dəstədən ibarət olduğunu bildirib:

"Beşinci kolon həqiqətən var. Bu kolon müxtəlif dəstələrdən ibarətdir. Qabaqcadan deyim ki, beşinci kolon Azərbaycanda o qədər də güclü deyil. Onlara xidmət edənlərin bəziləri köhnə ideologiyanın təsir altında qalaraq, digərləri isə sırf könüllü sürətdə Rusiyaya xidmət edirlər. Bunların içərisində ön mövqedə gedən Azərbaycanda işləyən ruslardır. Məsələn, deputat Zabelinin Krımın işğalı ilə bağlı dediklərini nəzərə alsaq, görərik ki, onlar, yəni rus icması indiki şəraitdə Rusiyanın bütün addımlarını dəstəkləyirlər. Amma indiki şəraitdə bu icmanın hərəkətə gətirilməsi üçün Rusiyanın əlində ciddi faktlar yoxdur. Komunist yönümdə fəaliyyət göstərən partiyaları da bu sıraya aid etmək olar. Daha sonra, nostalgiya ilə yaşayan partiya nomenklatura üzvləri beşinci kolona daxildir. Bunlar təşkil olunmamış, sadəcə olaraq xəyallarında Rusiya üçün xiffət edən adamlardır. Nəhayət, beşinci kolona xidmət edənlər sırasında Rusiya kəşfiyyat orqanlarına ciddi maskalanmış şəkildə xidmət edən, leqal formada çalışan şəxslər aiddir. Bir sözlə, onlar bir neçə cərəyandan ibarətdir. Amma onlar ciddi şəkildə təşkilatlanmayıblar və ölkədəki status-kvonu cüzi də olsa dəyişdirmək imkanına malik deyillər".

Politoloq vaxtı ilə Azərbaycan hakimiyyətində beşinci kolona çalışan adamların olduğunu qeyd edib: "Vaxtı ilə Rusiyaya meyilli adamlar hakimiyyətin daxilində var idi. O zaman Rusiya meyilli adamlar Azərbaycanın onunla münasibətlərin təkmilləşməsinə, ikili münasibətlərin möhkəmlənməsinə müəyyən töhfə vermişdilər. Məsələn, Abbas Abbasov. Mən Abbas Abbasovu o qüvvələrdən hesab etmirəm. Abbas Abbasov fəxr edərək deyir ki, mən zamanında Kremlin istənilən qapısını açmaq qabiliyyətinə malik olmuşam və bununla da Azərbaycanın xarici siyasətinə töhfələr vermişəm. Həqiqətən hakimiyyətdə də elə qüvvələr var ki, Rusiyada etimad qazanan və Rusiyanın xarici işlər orqanlarının etimad göstərdiyi şəxslər olub. Amma o adamlar Yeltsin dövründə Azərbaycan üçün Rusiyada məqbul şəraiti hazırlamaq istəyən və iqtidarın möhkəmlənməsinə xidmət edən adamlar olub. Həmin adamlar mən inanmıram ki, Putin Rusiyasına rəğbət bəsləsinlər və onunla hər hansı möhkəm əlaqələri olsun. Putin demək olar ki, özünün hərəkətləri ilə Avropa ilə münasibətləri dağıdıb. O, həmin hərəkətlərlə Azərbaycandakı adamları ilə ya münasibətləri məhv edib, ya da ki, onları çətin vəziyyətə salıb. Buna görə mən hakimiyyətdə oturub yenə də Rusiyaya meyllənən adamların onlardan fayda gözlədiklərini məntiqli görmürəm. Belə adamların olmasını mümkünsüz görürəm".

Q.Hüseynli Abbas Abbasovun vəzifədə olduğu zaman Rusiyanın xeyrinə çalışdığını deyib:

"Abbas Abbasovla bağlı deyilənlərin hamısının altından imza atmağa hazıram. Çünki Abbas Abbasovun Rusiyadakı əlaqələri vasitəsiylə Azərbaycan dövlətçiliyinə xidmət etməsi ilə bağlı fikirlərə qətiyyən inanmıram – bu sözləri bir vaxtlar hakimiyyət strukturkarında çalışan şəxs kimi deyirəm. Özüm də şahid olmuşdum ki, Abbas Abbasov bir yerdə Sürət Hüseynovu, bir yerdə OMON-çuları dəstəkləyirdi. Amma çox sürətlə manevr etməyi və etdiyi manevrlərin üzərini örtməyi bacaran şəxs idi. Onun Rusiya ilə əlaqələri Azərbaycan dövlətçiliyinin zəif dövrünə təsadüf edir. Onun hərəkətlərinin qarşısını almaq üçün bəziləri dözürdülər. Dözməyin də səbəbi sadəcə olaraq Rusiya ilə münasibətlərin korlanmaması ilə əlaqədar idi. Mənim zənnimcə, o zamanlar Abbas Abbasovun Rusiyaya açıq işlədiyini bilən adamların sayı çox deyil. O cümlədən biri də mənəm". O, Abbas Abbasovun Rusiya ilə əlaqələrindən Azərbaycana heç bir xeyir gəlmədiyini konkret faktla sübut etməyə hazır olduğunu söyləyib: "Məsələn, Yeltsin dövründə Rusiya Volqa-Donla Xəzər dənizinə gələn gəmilərin yolunu bağlamışdı. Yəni Azərbaycanı blokadaya almışdı. İlk növbədə ərzaq çətinliyi yaranmışdı. Müxtəlif ərzaq gətirən gəmilərin Xəzər dənizinə daxil olmasına icazə verilmirdi. O dövrdə əgər Abbas Abbasov nüfuzlu adam idisə, onu Mokvaya göndərəndə həmin blokadanın qarşısını alardı. Mən həmin müşavirələrdə iştirak etmişəm. Sonda MDB-nin sammitində mərhum Heydər Əliyev şəxsən Yeltsinlə görüşərək, qəti sürətdə bildirdi ki, Azərbaycanı blokadaya almaq Ermənistana birbaşa yardım göstərmək deməkdir, bu da MDB-nin nizamnaməsinə ziddir. Heydər Əliyev dedi ki, biz MDB-dən də çıxa bilərik, çünki bu addımlar biabırçılıqdır. Nəhayət, o, əlini stola möhkəm çırpıb dedi ki, Azərbaycana qarşı bu təxribatların qarşısını almaq vaxtıdır. Yalnız o danışıqlardan sonra məsələ axarına düşdü və Yeltsin blokadanı götürdü".

Tarix
2014.04.21 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla