Yuxarı

Mübariz Mənsimov hər xəstəyə cavab yazsa...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2012-ci ildən qızımın müalicəsi üçün müraciət etmədiyim, kömək istəmədiyim, məktub yazmadığım ünvan qalmayıb".

Bu sözləri "Axar.az"a ünvanlandığı müraciətində talassemiya xəstəliyindən əziyyət çəkən 3 yaşlı Fatimə Əmiraslanovanın anası Ayfər xanım deyir.

Təcili əməliyyat olunası qızının müalicəsi üçün maddi imkanı yetməyən ailə bunun üçün müxtəlif orqanlara müraciət edib.

Səhiyyə Nazirliyinin qapısından buraxmadılar

A.Əmiraslanova deyir ki, ilk dəfə 2012-ci ildə rəsmi qurumlara müraciət edib: "Prezident Administrasiyasından cavab aldım və orada göstərilən ünvana - Səhiyyə Nazirliyinə getdim. Məni nazirliyin qapısından heç içəri qoymadılar. Göndərdilər Ana və Uşaq Sağlamlıq Mərkəzinə. Orada Elmi Tədqiqat Mərkəzi İnstitutunda vətəndaşların xaricdə müalicəsi ilə bağlı şöbənin müdiri olan Nəsib Quliyevin qəbuluna getdim. İnanın, heç oturmaq da təklif etmədi. Prezident Administrasiyasından gələn cavab məktubumu istədi. Məktuba baxandan sonra dedi ki, buralarda vaxt itirmə, ya gözlə, nə vaxt bizdə bu əməliyyat olar, onda etdirərsən, ya da get, özünə sponsor axtar. Dedi, hər xəstəyə kömək etsək, dövlətdə pul qalmaz ki!"

A.Əmiraslanova deyir ki, 2013-cü ildə Gəncə şəhərindən seçilmiş deputat Aydın Abbasov onlarla əlaqə saxlayıb: "Bizə dedi ki, sənədlərinizi də götürüb ofisimizə gəlin. Səhəri gün getdim. Özü olmadığı üçün köməkçisi Elmar müəllimlə görüşdüm. Bildirdi ki, narahat olmayın, köməklik edəcəyik. Ancaq artıq bir ildən çox vaxt keçib. O vaxtdan bu günə qədər dəfələrlə zəng edib yadlarına salmışam. Ancaq bir nəticə yoxdur".

Məcburuq həkimlərin maaşından kəsək...

A.Əmiraslanova deyir ki, prezidentə məktub yazandan az müddət sonra Gəncə Şəhər İcra Hakimiyyətinə cavab məktubu göndərilib. Səhəri gün sahə üzrə uşaq poliklinikasından ailəyə zəng gəlib:

"Soruşdular ki, siz bizdən Gəncə Şəhər İcra Hakimiyyətinə şikayət etmisiniz? Bildirdim ki, xeyir. Onlara icradan zəng gəlib ki, uşaq xəstədir, onunla məşğul olun. Növbəti gün Gəncənin Səhiyyə İdarəsindən zəng gəldi ki, bura gəlin. Getdiyim gün Səhiyyə İdarəsinin müdirinə gələn məktublara nəzarət edən katibəyə yaxınlaşdım. Katibə dedi ki, Səhiyyə İdarəsinin müdiri deyib ki, necə kömək edəcəyimi bilmirəm, məcburuq, həkimlərin maaşından kəsib uşağınızı əməliyyat etdirək".

"Nə həyasız adamsan"

A.Əmiraslanova deyir ki, əli hər yerdən üzüləndən sonra iş adamı Mübariz Mənsimova müraciət edib: "Onun köməkçisi İbrahim Nəbioğlu ilə Feysbuk vasitəsilə əlaqə saxlayıb qızımın problemini yazdım. Özü telefon nömrəsini verdi. Zəng etdim. Telefonu açan kimi kobud şəkildə dedi, ay qız, sən kimsən, nə həyasız adamsan, niyə mənə zəng edirsən? İnanın, heç imkan vermədi sözümü deyim. Ağlaya-ağlaya dedim, Mübariz Mənsimova məktub yazım, heç olmasa onu verin. Sözümü qurtaran kimi dedi, mən də deyirəm bir saatdır sən nə danışırsan. Dedi, bizə o qədər məktublar yazirlar ki, hamısına cavab versək, gərək Mübariz müəllim ancaq onlarla məşğul olsun, başqa iş görməsin".

Sonmu?..

Əli hər şeydən üzülən ailə 3 yaşlı Fatimənin əməliyyat edilməsi üçün anası indi xeyirxah insanlardan kömək istəyir. Fatimənin əməliyyatına yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilər.

Atası Vüqar Əmiraslanov (050) 300 13 95, 055 260 50 96

Anası Ayfər Əmiraslanova (051) 912 57 67, (055) 863 20 70.

Tarix
2014.04.21 / 10:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla