Yuxarı

“Qafqaz”ın rektoru ölkədən qovulmayacaq - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ənvər Özərən ölkədən getməyəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.

Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib:

"Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, "Aydınlıq" qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır".

Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa isə yayılan xəbərin ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyib:

"Ümumiyyətlə yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub".

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.

Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllərdə olduğunu bildirib. O bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

Tarix
2014.04.21 / 15:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla