Yuxarı

Bakıda yol qəzası: Milli Qəhrəmanın polis oğlu ağır yaralandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib.

Paşayeva Asya Namiq qızının idarə etdiyi "KİA" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan "KİA"nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır.

Tarix
2014.04.22 / 03:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla