Yuxarı

Xəzəryanı dövlətlər güclərini birləşdirir - İddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzəryanı dövlətlərin Xarici İşlər nazirləri bu gün Xəzər dənizini xarici dövlətlərin təsirindən qorumaq, üçüncü ölkənin burada hərbi qüvvələrini yerləşdirilməsinin qarşısını almaqla bağlı hazırlanacaq konvensiyanı müzakirə edəcəklər.

"Axar.az" xəbər verir ki, belə bir iddia ilə Rusiyanın "Kommersant" qəzeti çıxış edib.

Qəzet bildirib ki, sözügedən konvensiyanı nazirlər elə konfrans zamanı paraflayacaqlar.

"Moskva öz partnyorlarını inandırıb ki, heç bir xarici güc Xəzərə təsir edə bilməz. Əlbəttə ki, burada söhbət ilk növbədə ABŞ-ın hərbi qüvvələrini Xəzərdə yerləşdirmək istəməsindən gedir" deyə qəzet yazıb.

Qeyd edək ki, bu gün Moskvada keçiriləcək iclasda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Qazaxıstan Xarici İşlər naziri Erlan İdrisov, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Bugünkü iclas Xəzəryanı dövlətlərin payızda keçiriləcək Həştərxan sammitinə hazırlıq xarakteri daşıyır.

Tarix
2014.04.22 / 09:42
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla