Yuxarı

Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Rayon Polis İdarəsinin rəisi. "Buqatti" gecə klubunun sahibi olduğu deyilən Musa Musayev təcili Daxili İşlər Nazirliyinə çağırılıb.

"Axar.az"a Nəsimi polisindəki mənbədən daxil olan məlumata görə, gecə klubu ətrafında yaranan söz-söhbətdən sonra bir müddət işə çıxmadığı bildirilən M.Musayev artıq iş başındadır. Onun nazirliyə hansı məqsədlə dəvət edildiyi haqda məlumat verilmir.

Nəsimi rayon Polis İdarəsinin növbətçisi "Axar.az"a bildirdi ki, polis rəisi Musa Musayev Kollegiya iclasında iştirak etmək üçün nazirliyə dəvət olunub. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə nazirlikdə kollegiya iclasının keçirilmədiyini bildirdi və iclas keçirilməsi ilə bağlı verilən xəbəri təkziblədi.

Xatırladaq ki, bir müddət öncə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə aid olduğu iddiaları səslənən qalmaqallı "Buqatti" gecə klubu mətbuatda gedən yazılardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.

Ancaq "Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirildi və "Mamunia" adı ilə fəaliyyətini hazırda davam etdirir.

Qeyd edək ki, Musa Musayev adının "Buqatti" ("Mamunia") gecə klubunun sahibi kimi hallandırılmasına bu vaxta qədər heç bir reaksiya verməyib.

Tarix
2014.04.22 / 10:46
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla