Yuxarı

“Oğlum vasitəsilə məni şantaj edirlər” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yalandır, yalan söhbətdir. Mənim oğlumun heç elə bir maşını da yoxdur".

Bu sözləri "Axar.az"a millət vəkili Elton Məmmədov Zığ-Aeroport yolunda avto-xuliqanlıq edən 10 LZ 100 nömrəli "Porsche Panamera" maşınının oğluna məxsus olması məsələsinə aydınlıq gətirərkən bildirdi.

Onun sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir: "Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın".

E.Məmmədov bunu ona və qohumlarına qarşı şantaj olduğunu dedi:

"Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?"

Millət vəkili qeyd etdi ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil: "Heç bir açıqlama etməyəcəyəm. Ancaq hesab edirəm ki, ləyaqətli jurnalistlər özləri araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalıdırlar. Təkcə mənim deyil, digərlərinin də övladlarının adı çəkilirsə, bunu araşdırmaq və cəmiyyətə həqiqəti çatdırmaq lazımdır. Araşdırmadan, müəyyənləşdirmədən bunu kiminsə övladının üstünə atmaq ayıbdır".

Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki "Porsche Panamera" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərdən biri "Porsche-911" (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). "100" seriyalı "Porsche"nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu barədə mediada iddialar səslənib.

Tarix
2014.04.22 / 11:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla