Yuxarı

Həkimlər 3 uşaq atasını 1500 manata öldürdülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonu Osmanoba kənd sakini Ramil Cəfərov AzNews.az-ın redaksiyasına müraciət edərək qardaşı Füzuli Cəfərovun Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Ağaşirin adlı həkim tərəfindən öldürüldüyünü iddia edib.

R.Cəfərov bildirir ki, qardaşı bu ilin mart ayının 15-də Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşüb və bir gün rayon xəstəxanasında saxlanıldıqdan sonra Bakıdakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Füzuli Cəfərovu müayinə edən həkimlər onun səhhəti ilə bağlı heç bir həyati təhlükənin olmadığını və 12-13 gündən sonra cərrahi müdaxilənin ediləcəyini bildiriblər: "2014-cü ilin mart ayının 27-də qardaşım əməliyyata qaldırıldı və razılaşmaya əsasən Ağaşirin Əkbərova bəri başdan 1000 manat pul verdim. Qalan 500 manatı isə əməliyyatdan sonra verəcəkdim. Qardaşım əməliyyata götürüləndə günorta saat 12 idi. Əməliyyat uzandı, 3-4 saatdan sonra gördüm ki, əməliyyat otağından qanlı parçalar çıxarırlar. Şübhələndim və soruşdum ki, qardaşıma nə olub? Tibb bacısı dedi ki, hər şey yaxşıdır, heç nə olmayıb, qan itirdiyinə görə reanimasiyaya yerləşdiriləcək. Bundan sonra mən arxayınlaşdım və xəstəxanadan getdim. Axşamüstü yoldaşı gəlib və görüb ki, reanimasıya otağının qarşısında polislər dayanıb. Polisləri görəndə qorxub ki, yoldaşına nəsə olub. Dərhal mənə zəng vurdu. Ondan da bir neçə saat əvvəl isə Ağaşirin Əkbərov mənə zəng vurmuşdu ki, pulumun qalan hissəni, yəni 500 manatımı ver. Gətirib 500 manatı da verdim".

R.Cəfərovun sözlərinə görə qardaşı günorta saatlarından dünyasını dəyişsə də, gecə saat 12-yə kimi ölüm faktı onlardan gizlədilib. Yalnız qohum-əqrəbanın kəskin etirazından sonra F.Cəfərovun əməliyyat zamanı keçindiyi məlum olub. R.Cəfərov bildirib ki, faktı Nəsimi rayon prokurorluğu araşdırır. Zərərçəkmiş hadisənin obyektiv araşdırılmayacağından narahatdır. Zərdab sakini bildirir ki, Ağaşirin həkim əvvəlcə onlara yası yola verdikdən sonra bu haqda danışacağını bildirsə də indi "Mən özü işimi həll etmişəm, hara şikayət edirsən, et" kimi fikirlər səsləndirir: "Hadisə təzə baş verəndə Ağaşirin həkim mənə dedi ki, məclisinizi yola verin, sonra oturub danışarıq. Bizi arxayınlaşdırıb və özü gedib Nəsimi rayon prokurorluğuna izahat verib. İzahatda yazıb ki, guya biz onu hədələmişik, 100 min manat pul tələb etmişik. İndi də mənə deyir ki, hara müraciət edirsən, et, mən öz işimi həll eləmişəm. Qardaşımın 37 yaşı var idi. İndi 3 azyaşlı uşağı qalıb. Böyük uşağı beşinci, ikincisi üçüncü sinifdə oxuyur. Balaca övladının isə 4 yaşı var. Həkim səhlənkarlığı ucbatından bu uşaqlar yetim qaldı. Onları normal böyütməyə isə imkanımız yoxdu, kasıb adamlarıq. Qardaşın acgöz hər şeyini pula dəyişən ağ xalatı adamların badına gedib. Bütün proseslər göstərdi ki, onları insan taleyi yox, öz cibləri maraqlandırır. Bu maraq isə bizim ailəni, üç körpəni bədbəxt etdi. Aidiyyəti qurumların bu məsələdə bizə yardımşı olmasını istəyirik".

Mövzunu diqqətdə saxlayacağıq.

Tarix
2014.04.22 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla