Yuxarı

Avtoş kimdir: Nazirin qardaşı oğlu, yoxsa? – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna aid edilən "Nissan Skyline Gtr35" markalı, 10 ZL 100 nömrə nişanlı avtomobilin Zığ şossesində yarışa çıxması barədə yazılanlar mübahisələrə yol açıb.

Millət vəkili Elton Məmmədov "Axar.az"a açıqlamasında bu avtomobilin oğluna aid olmadığını və jurnalistlərin bu faktı dəqiqləşdirmək üçün nömrənin sahibini Dövlət Yol Polisindən müəyyənləşdirə biləcəklərini söyləmişdi: "Sizə tam səmimi bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu, oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?"

Bakı şəhər Dövlət Yol Polisi isə müraciətlərimizi cavabsız qoydu. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ona ümumiyyətlə belə video təqdim edilmədiyini söylədi, Bakı şəhər DYP-dən avtomobilin kimə məxsus olması ilə bağlı müraciətimizə isə müsbət cavab verilmədi.

Məlumatı araşdıran jurnalist Eynulla Fətullayev isə bildirib ki, o öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. "DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline Gtr35"in sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin, birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz".

Xatırladaq ki, sözügedən 10 ZL 100 nömrə nişanlı "Nissan Skyline Gtr35" avtomobili Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun gəlin karvanında ailə üzvlərindən biri kimi iştirak edib. Anar Məmmədovun toyunda gəlin maşınının dövlət nömrəsi 10 LR 100, onu müşayiət edən avtomobilin dövlət nömrə nişanı isə 10 LZ 100-dür.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy mərasiminə aid gəlin karvanının 2012-ci il mayın 2-də Yutuba yerləşdirilmiş videosunu və 2012-ci ildə baş tutduğu bildirilən Zığ şossesindəki məlum avtoyarışı müqayisə üçün təqdim edirik.

Tarix
2014.04.22 / 13:10
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla