Yuxarı

Nuşirəvan Məhərrəmlidən ANS-ə cavab - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim son xəbərdarlığımızdan sonra reklam və sponsorlarla bağlı televiziya kanallarında xeyli irəliləyiş var. Ancaq nöqsanlar hələ tam aradan qaldırılmayıb".

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Əvvəlki illərə nisbətən xeyli irəliləyişin olduğunu vurğulayan N.Məhərrəmli deyib: "Biz tədricən bu prosesi tam başa çatdıracağıq və mövcud olan problemlər aradan qaldırılacaq".

N.Məhərrəmli ANS TV-nin Milli Televiziya və Radio Şurasından bəzi narazılıqlarının olması məsələsinə də münasibət bildirib: "Təbii ki, belə hallar olur. Ancaq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün televiziya kanalları bizim üçün bərabər hüquqa malikdir. Yəni burada istər özəl, istərsə də, qeyri-özəl olan bütün televiziya kanallarının fəaliyyəti "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir. Bizim hər hansı televiziya kanalına qarşı qərəzli münasibətimiz yoxdur. İstər ANS, istər Xəzər, istərsə də, Lider telekanalı olsun, bütün televiziya kanallarının fəaliyyətinə qanunun prizmasından baxırıq. Televiziya kanalları arasında heç bir ayrı-seçkilik qoymuruq. Ancaq hər hansı televiziya kanalı "Televiziya və radio yayımı haqqında" qanunun tələblərini pozarsa, biz o zaman məsələyə qarışırıq. Bu isə bütün televiziya kanallarına şamil edilir. Bizim ANS-ə qarşı hər hansı ayrı-seçkilik münasibətimiz yoxdur və heç zaman da ola bilməz. Bu, şəxsi məsələ deyil ki, biz ayrı-seçkilik qoyaq? Bu dövlət məsələsidir və biz də dövlət qurumunda çalışırıq".

Xatırladaq ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-nin qərarına əsasən, ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib. ANS isə MTRŞ-ı məhkəməyə verib, qərarın ləğvi barədə iddia qaldırıb. İş icraata qəbul edilib və sabah 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iş üzrə hazırlıq iclası keçiriləcək.

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov açıqlamasında bildirib ki, qərarı düzgün hesab etmirlər və bunun üçün də məhkəməyə müraciət ediblər / Publika.az/.

Tarix
2014.04.22 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla