Yuxarı

Rusiya Qarabağda pasport paylayacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya gələcəkdə Qarabağdan Azərbaycan və Ermənistana qarşı təzyiq vasitəsi kimi yararlanmaq üçün rus pasportları texnologiyası orada tətbiq edilə bilər".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Rusiyada vətəndaşlığı almağı sadələşdirən qanun layihəsinin arxasında xoş niyyətin dayandığına inanmadığını bildirib:

"Rusiya dövlətinin təbiəti imkan verir ki, ancaq belə düşünəsən və inanmayasan. Xüsusən də Ukraynada, Gürcüstanın işğal olunmuş ərazilərindəki fəaliyyət bu cür fikirləşməyə şərait yaradır. Bunların hamısı göstərdi ki, Rusiya süni şəkildə "beşinci kolon"lar yaradır. Məsələn, deyək ki, vətəndaşlıq pasportu verir və sonra o şəxsi qorumaqdan ötrü istənilən vədə bundan istifadə etmək hüququ qazanır. Hər halda hesab edirəm ki, bunun arxasında yaxşı niyyət yox, separatçılıq niyyətləri, MDB dövlətlərinə təzyiq marağı durur. Əgər bunu qanun şəklində qəbul edirlərsə, bu, artıq çox ciddi tendensiyalardan xəbər verir".

Politoloq bu qanun layihəsindən Qarabağdakı ermənilərə vətəndaşlığın verilməsi üçün istifadə edilə biləcəyini deyib:

"Rusiyada qəbul olunmuş qanun layihəsindən Qarabağda da istifadə edə bilərlər. Bunu istisna eləmirəm. Hazırda Qarabağın rəhbərliyinə Rusiyanın təsiri Ermənistandan daha güclüdür. Rusiya Qarabağdan gələcəkdə Azərbaycan və Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün rus pasportları texnologiyasını orada tətbiq edə bilər. Yeri gəlmişkən, Ermənistan mətbuatında da bununla bağlı ciddi narahatçılıqlar görünür".

Ə.Oruclu Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında razılaşmanın hələlik yalnız niyyət kimi göründüyünü söyləyib:

"Türkiyənin əməkdaşlıq və tərəfdaşlıq istiqamətində fəaliyyəti hələ ki, görünmür. Sözlər, danışıqlar var. Amma Türkiyənin Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, tərəfdaşlığı görünən məsələ deyil. Heç asan məsələ də deyil. Çünki Türkiyənin NATO öhdəliyi var. Əgər Türkiyə belə istiqamətdə fəaliyyət göstərmək istəyirsə, bunu NATO ilə razılaşdırmalı olacaq. Türkiyə-NATO münasibətləri hansı müstəvidədir və burada hansı problemlər var? Bütün hər şey bundan asılıdır. Hələlik müəyyən niyyət görünsə də, niyyətdən o tərəf görünmür".

Qeyd edək ki, dünən Rusiya Federasiya Şurası RF vətəndaşlığı almağı sadələşdirən qanun layihəsini təsdiq edib. Qanun layihəsinə görə, rus dilində sərbəst danışan şəxslər Rusiya pasportu ala biləcəklər. Yeni qanun layihəsində sadələşdirilmiş qaydada pasport almaq keçmiş SSRİ və ya Rusiya imperiyası ərazisində yaşayanlara da şamil ediləcək. Bu prosedur üç aydan çox çəkməyəcək.

Xatırladaq ki, bəzi ekspertlər Rusiyada yeni qəbul olunmuş layihənin köhnə konflikt zonalarının aktivləşməsinə şərait yaradacağı ilə bağlı proqnozlar veriblər. Bu siyahıda Qarabağın da adı var. Politoloqlar Qarabağda istənilən vədə rus pasportlarının paylanılma ehtimalının olduğunu qeyd ediblər.

Tarix
2014.04.22 / 16:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla