Yuxarı

Bayden Kiyevdən Putinə xəbərdarlıq göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz istəyirik ki, Rusiya Ukraynanın şərqində binaları ələ keçirən, hərbi uniforma geymiş və maska arxasında gizlənən adamları dəstəkləməsin. Bildirmək istəyirik ki, Rusiyanın öz təxribatçı davranışlarını davam etdirməsi onun beynəlxalq təcridinin güclənməsinə səbəb olacaq".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Kiyevdə Ukraynanın baş naziri Arseni Yasenyukla görüşündən sonra keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Cozef Bayden (Joseph Biden) bu bəyanatla çıxış edib. O bildirib ki, heç bir dövlət öz qoşunlarını sərhədə yığıb qonşusunun daxilində qeyri-sabitlik yaratmaqla həmin ölkəyə hədə-qorxu gəlməməlidir.

C. Bayden Rusiya nümayəndələrinin hazırda Ukraynanın şərqində olan ATƏT missiyasına qoşulmasını zəruri sayır: "İndi Rusiyanın hərəkətə keçmək vaxtıdır. Hazırda Ukraynanın şərqində olan və binaların boşaldılması, tərksilah, amnistiyanın təmin olunması üzrə Cenevrə razılaşmalarının yerinə yetirilməsinə çalışan ATƏT missiyasına Rusiya təmsilçilərinin də qoşulması vacibdir".

C. Bayden ABŞ-ın Ukraynada Konstitusiya islahatı və qeyri-mərkəzləşdirmənin aparılması sahəsində tərəqqi görmək istədiyini də söyləyib. O, Ukraynada prezident seçkilərinin açıq və şəffaf keçirilməsinə kömək edəcəklərini açıqlayıb: "Amerika seçkilərin şəffaf keçirilməsi, lazımi səviyyədə monitorinq aparılması üçün ciddi yardıma hazırdır. Seçki elə keçirilməlidir ki, heç kim bu seçkilərin legitimliyini şübhə altına ala bilməsin".

Tarix
2014.04.22 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla