Yuxarı

“Azəryolservis” yolun çökməsini “Azərsu”nun üstünə atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakının Nobel prospektində çökmənin yeganə səbəbi həmin ərazidə baş verən su axıntısı ilə əlaqədardır. Su axıntısı ilə əlaqədar təxminən 10 metr dərinlikdə yolun əsası və torpaq yatağı yuyulub".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Yuyulmanın kollektorun (20 m dərinlikdə kanalizasiya kollektoru yerləşir) üzərində olması, ehtimal etməyə əsas verir ki, bu kollektorda olan uzunmüddətli sızmalar səbəbindən baş verib. Həmin ərazidə nə vaxtsa çala olub, sonra yumşaq torpaqla doldurulması fikirləri isə tamamilə əsassızdır. Çünki həmin hissədə "Azəryolservis" ASC tərəfindən heç bir təmir işi aparılmayıb. Yəni orada nə çala olub, nə də yumşaq torpaqla doldurulub", - deyə P. Mürsəliyev qeyd edib.

Çala əmələ gələn ərazinin doldurulmasına gəlincə isə P. Mürsəliyev deyib ki, hadisənin baş vermə səbəbi araşdırılıb, tapılmayana qədər orda çökmə olacaq, proses davam edəcək: "Çalanı nəyə görə doldurduq? Həmin ərazidə hərəkətin intensivliyini və yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə. Aidiyyatı üzrə tapşırıq verilib, ora tam nəzarətdə olacaq. Lazım gələrsə, orada təcili bərpa işləri görüləcək. Amma o səbəb ardan qaldırılmayana qədər, o çökmə yenə də baş verəcək".

"Azəryolservis" sözçüsü əlavə edib ki, ərazidə birmənalı olaraq sızma baş verib: "Tutaq ki, "Azəryolservis" ASC deyil, başqa hər hansı bir podratçı texnoloji qaydalara riayət etmədən o işini aparsa idi belə, yenə də 10 metr dərinliyində qətiyyən orada çala yaranmazdı, yuyulma baş verməzdi. Burada konkret olaraq sızma var. Yuyulma da kollektorun üstündə olduğundan ehtimal edirik ki, hadisə onunla bağlı baş verib. Sızma olmasa, hətta düzgün texnoloji prosedur aparılmasa belə, 10 metr dərinliyində çala heç vaxt yarana bilməz", - deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, ötən gün "Azərsu" ASC paytaxtın Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirməyin hələ tez olduğunu açıqlayıb.

"Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nə isə demək mümkün olacaq", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Tarix
2014.04.22 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla