Yuxarı

Adam kişi olar, Əli Mirəliyev...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən "Axar.az" yeni bir layihə ilə oxucularının görüşünə gəlir. "Toyxana" layihəsində tanınan və tanınmayan toy müğənniləri ilə söhbət edəcək, onların oxucularımız üçün maraqlı olan tərəflərinə aydınlıq gətirəcəyik. Layihənin ilk qonağı gənc müğənni Orxan Dənizdir.

Hamıdan mənfi cavab almışam

- Orxan, hardan hara gəlibsən?

- 1986-cı ildə Bakı şəhərində dünyaya göz açmışam. Uşaqlıqdan musiqiyə həvəsim olub, Tofiq İsmayılov adına musiqi məktəbinə getmişəm. Daha sonra musiqi kollecinə daxil olmuşam.

- Sənətə gəlmək üçün kimdənsə dəstək alıbsanmı?

- Açığı deyim ki, yox.

- Kiməsə müraciət etmisiniz heç?

- Bəli, olub, bir çox müğənnilər, bəstəkarlar olub ki, kömək istəmişəm, hamısından da mənfi cavab almışam.

- Nə üçün? Maddiyata görəmi?

- Əlbəttə, madiyyatdan asılıdır. Bir çox bəstəkarlar efirdə deyirlər ki, biz gənclərə elə dəstəyik, belə dəstəyik. Həmin o bəstəkarlara müraciət etmişəm və müsbət cavab almışam, hamısı efir xətrinə danışır piar üçün.

Bir qırıq səsi yoxdur, amma ekrandan düşmür

- Necə oldu ki, "mən müğənni olmalıyam" dediniz?

- Düzü, heç ailəmdə də musiqiyə bağlı insan yoxdur. Bilmirəm ki, bu, mənə haradan gəlir. Ancaq özümü dərk edəndən musiqiyə meylli olmuşam. Evimizdə qeyri-ciddi yanaşırlar oxumağıma. Mən heç nəyə baxmayaraq, özüm öz gücümə davam etdirəcəm bu sənəti.

- Elə bir müğənni varmı ki, efirdə ona baxıb deyəsiniz: bu, oxuya bilmir, onun yerində mən olmalıyam?

- Var. O qədəəər.. (gülür) Amma ad çəkmək istəmirəm.

- Oxucu üçün də maraqlı olardı...

- Əslində, ad çəkmək istəməzdim, amma belə baxanda lap çoxdur, barmaqla sayılası deyil. Hərdən baxıram, efirdə elə insanlar görürəm, qıcıqlanıram. Deyirəm, buna bax, bir qırıq səsi yoxdur, amma ekrandan düşmür, gündəmdədir. Başa düşürəm ki, həmin insanın maddi durumu yaxşıdır, arxasında dəstəyi var kimlərsə tərəfindən. Oxumaq baxımından mən ondan qat-qat üstünəm.

- Kimi özünüzə rəqib görürsünüz?

- Açığı, demək istəmirəm.

Mən ondan yaxşı oxuyuram

- Kamran Həsənli sizi oxumaq üçün öz verilişinə dəvət etsə, yarış üçün duelə kimi çağırardınız?

- Dilimin ucunda ad var, sadəcə, o insan sənətə məndən öncə gəlib.

- Kim ola o?..

- Zamiq Hüseynov. Düşünürəm ki, mən səs baxımından ondan yaxşı oxuyuram. Siz dediyiniz kimi, yarışma olsa, onu dəvət edərəm. Düzdür, ola bilər ki, onun fanat ordusu çox olsun və o qalib gəlsin. Çünki söhbət SMS yarışmasından gedir. Amma mən səs baxımından ondan yaxşı oxuyuram.

- Estradamızda daha çox kimi dinləyirsiniz?

- Röya Ayxan. O insanın vurğunuyam.

- Bu vaxta kimi hansı bəstəkara müraciət etmisiniz?

- Nailə xanım Mirməmmədliyə müraciət etmişəm, lakin məbləğ baxımından razılaşmamışıq. Təbii ki, həmin məbləğ Nailə xanımın halal haqqıdır, çünki onun musiqidə ürəyi, qızıl barmaqları var. Sadəcə, imkan yoxdur.

- Klip çəkdirməyi düşünürsünüz?

- Bəli, oxunmuş mahnıya klip çəkdirmək istəyirəm. Bu mahnı Röyanın çox sevdiyim "Gizli sevgi" mahnısıdır. Bu istəyimlə Röya xanıma müraciət edəcəm, icazə versə, klip çəkilişlərinə başlayacağıq.

- Ola bilər ki, bu seçiminizin şəxsi həyatınızla bağlılığı olsun?

- Çox düz qeyd etdiniz. Mən ürəyimdə, qəlbimin dərinliyində gizli bir sevgi yaşayıram. Hər hansı mahnı olur-olsun, fərq etməz, mən yaşamasam, o mahnıda özümü görməsəm, oxuya bilmərəm. Elə məhz o mahnını seçməyimin də səbəbi budur.

Üzeyirin oxumağına bayağı demək olmaz

- Deyirlər ki, Üzeyir Mehdizadə bayağı oxuyur. Bununla razısınız?

- Yox, deməzdim. Üzeyirin oxumağına bayağı demək olmaz. Əgər elə olsaydı onun mahnılarını dünyanın bir çox yerində ifa etməzdilər. Üzeyir bu gün hər hansı bir konsert salonunda çıxış etsə, salonu doldura biləcək müğənnidir. Onun ifası gözəl və maraqlı olmasaydı, onu Moskvaya, İngiltərəyə, Gürcüstana toya dəvət etməzdilər.

Pul söhbətlərində utanıram

- Toy məktəbdir sizcə?

- Yox, elə deməzdim, amma hardasa, hə. Bir çoxları toydan gəlib səhnəyə.

- Siz necə, toya gedirsiniz?

- Yalan deyərəm, amma belə dost-tanış xahiş edəndə gedirəm.

- Ayıb bilirsiniz bunu, ya çağıran yoxdur?

- Düzünü desəm, elə dəvət edən də yoxdur. Üstəlik, mən elə insanam ki, utanıram pul söhbətlərində. Heç kimə deyə bilmərəm ki, mənə bu qədər pul ver, gəlib oxuyum. Qiymət danışmağı sevmirəm.

- Toya getmək istəyiniz sənətinizin inkişafına xidmət edə bilər, yoxsa dolanışığa?

- Açıq danışacağam. Hamı bilir ki, dolanışıq yoxdur. Bir çoxları toya dolanışıq üçün gedir. Çörək qazanmaq ayıb deyil. Təəssüf olsun ki, bu gün mən toy bazarında yoxam.

- Burdan kiməsə sözünüz varsa, buyurun...

- Burdan Əli Mirəliyevə demək istəyirəm ki, adam kişi olar. Ayıbdır, qoca kişisən, bəsdir camaat haqqında danışdın, get, işinlə məşğul ol.

Tarix
2014.04.22 / 18:11
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla