Yuxarı

ABŞ naziri: “Bakıda şam elədiyimiz restoranda yanğın başladı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts 2010-cu ilin iyun ayında Azərbaycanda səfərdə olarkən yemək yediyi restornda yanğın baş veribmiş.

O başına gəlmiş bu hadisə barədə xatirələrini toplandığı "Müharibədə olan naizirin memuraları"nda qeyd edib.

Eks nazir yazıb ki, Sinqapur konfransından sonra Azərbaycana gəlib. "Səfərin məqsədi Azərbaycanın Orta Asiya-Şimal Paylaşma Şəbəkəsi çərçivəsində bizim Əfqanıstana təchizat marşrutundakı iştirakını gücləndirmək idi. Mən əvvəllər heç vaxt Bakıda olmamışdım, amma onun tarixi haqda müəyyən məlumatım var idi". Geyts qeyd edib ki, president İlham Əliyevlə nəhəng sarayda görüşüb.."Ona Prezident Obamanın məktubunu təqdim etdim. Həmin məktubda münasibətlərin bizim üçün önəmi və onları genişləndirmək arzusu vurğulanırdı".

Bakıda olarkən restoranda şam yeməyinə gedən müdafiə naziri burada yanğına tuş gəlib. "Həmin gecə biz taxta parçası üzərində manqalda bişirilmiş ətlər xidmət edən ənənəvi restoranda şam etdik. İştahla təzəcə yerimizə oturmuşduq ki, cangüdənlərimdən biri restoranda yanğın baş verdiyini xəbər etdi. Qrupumun üzvləri evakuasiya olunmağa başladılar. Amma nə od, nə də tüstü gördüyümdən, bir-iki qoçaq yoldaşımla yeməkdə davam edirdim. Bir neçə dəqiqə sonra yanğınsöndürən maşınların sirenası səsləndi və bu dəfə cangüdənlərim aydın etdilər ki, onlar mənə qalmaqla getmək arasında seçim verməyəcəklər. Qapıdan çıxanda birinci yanğınsöndürən maşın gəldi. Yeməyi yarımçıq qoyub getmək heç ürəyimdən deyildi."-deyə Geyts memurarında yazıb. /Modern.az/

Tarix
2014.04.22 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla