Yuxarı

Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verib.

Jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirib və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı münasibət bildirib. "Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir", – deyə E. Sultanov bildirib.

Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş "Ayna-Zerkalo" qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib. /Modern.az/

Tarix
2014.04.22 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla