Yuxarı

İran “Krım kartı”nı işə saldı: Azərbaycanı tikə-parça edirlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi Azərbaycan şəhərləri fars vilayətlərinə "birləşdirilir".

Rusiyanın Krımı "məxməri yolla" ilhaq etməsindən həvəslənən İran hakimiyyəti də tarixi Azərbaycanın cənub torpaqlarında buna bənzər planlarını işə salıb. Tehran Azərbaycan şəhərlərini bir-bir doğma vilayətlərin tərkibindən çıxarıb digər vilayətlərə daxil etmək yolunda öz siyasətini davam etdirir. Qərbi Azərbaycan ərazilərini kürdlərə verməyə çalışan rejim Xalxal və Kosəri də Gilan əyalətinə verməyi planlaşdırır. Rejim tərəfindən Xalxal və Kosər şəhərlərindən İran parlamentinə millət vəkili kimi göndərilən Cəlil Cəfəri parlamentdə iddia edib ki, guya həmin Azərbaycan şəhərlərinin əhalisi öz əyalətlərini dəyişib Gilan vilayətinə birləşmək istəyirlər. Rejim bu yolla Astara, Həşpər və Ənzəli kimi Azərbaycan şəhərlərini Gilana verəndən sonra indi də Xalxal və Kosəri Azərbaycandan ayırmağı qarşıya məqsəd qoyub.

Rejim eyni zamanda qərəzli və məqsədyönlü şəkildə təbliğat aparır ki, guya bölgənin məhrumiyyət içərisində yaşaması Ərdəbillə bağlıdır və əgər həmin şəhərlər Gilan əyalətinə qatılsalar, onda məhrumiyyət olmayacaq. Bu təbliğat isə rejimin Azərbaycanı parçalamaq üçün çirkin planını həyata keçirməyə şərait yaratmaq üçündür. Təhlükəlisi odur ki, İranda anti-Azərbaycan siyasəti nəticəsində "Azərbaycan" sözü artıq bir neçə məhdud məntəqəyə deyilir və Zəncan, Həmədan, Qəzvin və hətta Ərdəbil kimi böyük vilayətlərin üzərindən belə "Azərbaycan" sözü götürülüb.

Rejimin bu siyasəti də həmin istiqamətdə atılan bir addım hesab olunur. /GünAz.TV/

Tarix
2014.04.22 / 23:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla