Yuxarı

Rusiyanın aparıcı müxalifət lideri cəzalandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Babuşkin rayon məhkəməsi Rusiyanın aparıcı müxalif lideri olan Aleksey Navalnını bələdiyyə deputatına qarşı böhtanda təqsirli bilib.

Mirnıy məhkəməsinin hakimi Anna Nekryaç buna görə siyasi fəalın 300 min rub, təxminən 8500 dollar miqdarında cərimələnməsinə dair qərar çıxarıb.

Cinayət işi Vahid Rusiya partiyasının deputatı Aleksey Lisovenkonun şikayəti əsasında açılıb. Adı çəkilən deputat, Navalnının Tvitterdə paylaşdığı yazını ona ünvanlanmış böhtan kimi qiymətləndirib. Deputat cavabdehin Tvitterdə 5 mart tarixində qoyduğu yazıya istinad edib. Həmin yazıda deyilir: "Narkoman - deputat elə bilir ki, Tvitterə yalnız bir nəfər girə bilər". Deputat Aleksey Lisovenko məhkəmənin çıxardığı qərardan razılıq ifadə etsə də, Navalnı jurnalistlərə verdiyi açıqlamada qərarın siyasi motivli olduğunu bildirib.

Rusiyalı müxalif lider Aleksey Navalnı deyib:

"Vahid Rusiya partiyasının üzvləri və ya başqaları antikorrupsiya fondu və mənim apardığım müstəqil araşdırmaların nəticələrini dərc etməyəcəyimi düşünürlərsə, onlar buna yanılırlar. Biz işlərimizi dayandıran deyilik, susmaq fikrimiz yoxdur".

Navalnının vəkili qərarın ədalətsiz olduğunu onunla əsaslandırıb ki, hakim həmin yazını Tvitterə kimin yerləşdirdiyini dəqiq bilə bilməz, çünki Navalnının Tvitter hesabına özündən başqa həyat yoldaşı və tərəfdarlarının da giriş imkanı var.

Qeyd edək ki, müxalif lider Navalnıya qarşı eyni zamanda dövlət əmlakının talanı üzrə məhkəmə işi hələ yekunlaşmayıb. Bundan əvvəl onun 2 ay müddətin ev dustağı edilməsi barədə qərar çıxarılıb, sosial şəbəkələrə girişinə qadağa qoyulub. /ANS/

Tarix
2014.04.23 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla