Yuxarı

Trofimçuk: “Moskvanın Bakıya informasiya savaşı axmaqlıqdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür".

Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Rusiyanın uzun illər Ukraynaya kinayə etdiyini və hazırda bununla qarşı-qarşıya qaldığını bildirib: "Ukraynada baş verənlərə sarkazmla yanaşmaq lazım deyil. Bu qanuna ziddir və çox ağır nəticələrlə başa çata bilər. Ayrı-ayrı rus ictimai xadimləri 20 il ərzində Ukrayna salası və dilini gülüş obyektinə çevirmişdilər. Nəticədə Rusiya cənub-qərb sərhədləri boyunca total xaosla qarşılaşmalı oldu. Bu gün Kiyevin öz ordularına verdiyi və demək olar ki, heç birinin yerinə yetirilmədiyi sonsuz əmrlərə kinayə etmək olar. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür. Çoxları hələ də bunu etiraf etməyə qorxur".

Politoloq Rusiyanın apardığı informasiya müharibəsinin qeyri-peşəkar olduğunu qeyd edib:

"Bu və ya digər ərazilərə gəlincə isə ciddi siyasətçiləri hazırkı məqamda onun kimə məxsus olduğu narahat edir. Onlar iki min il bundan əvvəlki tarixlə maraqlanmırlar. Tarixi faktları qoy hər zaman bir-birinə düşmən olan və öz həmsöhbətinə heç bir şeyi başa sala bilməyən tarixçilər şərh etsin. Azərbaycana hansı ərazilərin məxsus olması, ya da ki, hansı ərazilərin Azərbaycana aid olmamasını demək olar. Amma bunu peşəkar informasiya müharibəsi adlandırmaq axmaqlıqdır. Əsl informasiya müharibəsində faktlar heç kimi maraqlandırmır. Maraqlı olan tək şey inandırmaqdır. Bu isə nəticədə milyonlarla insana təsir etmək deməkdir".

Qeyd edək ki, son günlər Rusiya mediasında MDB ölkələrinə qarşı güclü informasiya savaşı başlayıb. Mediada Azərbaycan ərazilərinə və hakimiyyət nümayəndələrinə qarşı müxtəlif açıqlamalar, informasiyalar yer alır.

Tarix
2014.04.23 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla