Yuxarı

Paulo Koelyo SSRİ haqda - "Cənnətdə söhbət"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paulo Koelyonun SSRİ haqda hekayəsi

(İbrətamiz hekayələr )

Cənnətdə söhbət

Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki, cənnətdədir. O, söhbət edən iki mələyin söhbətini eşidır.

Mələklərdən biri o birindən soruşur:

- Bu il müqəddəs şəhərə neçə ziyarətçi gəlmişdi?

İkinci mələk cavab verir:

- Altı yüz min nəfər idi.

Birinci mələk:

- Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu?

İkinci mələk:

- Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də, onun ziyarəti qəbul olundu. Qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü.

Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır.

Əli Müfiq göz yaşı içində deyir:

- Çox çətinliklə, çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim.

Ayaqqabılar

Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətlərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satılmayacağını öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir.

"Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq, ağır itkilər verib ziyan çəkərik", - birinci nümayəndə belə yazır.

İkinci nümayəndə isə yazır:

"Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Əgər biz burda fabrik açası olsaq, bu ölkəyə yeni dəb gətirib bütün məhsullarımızı sata bilərik".

Tərcümə etdi Sevil Gültən

Tarix
2014.04.23 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla