Yuxarı

Pəhriz saxlayanların 4 böyük səhvi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pəhriz sözsüz ki, insanların, xüsusən də qadınların arzuladığı bədən ölçülərinə sahib olması və ən əsası, daha sağlam yaşaması üçün bir vasitədir. Amma çəki atmaq üçün min bir əziyyətə qatlaşıb saxladığınız pəhrizlərdə elə səhvlər edə bilərsiniz ki, bu sizə məqsədinizə nail olmaqda mane ola bilər. Bəs bu səhvlər hansılardır?

Yağı azaltsam, daha rahat çəki ata bilərəm

Arıqlamaq istəyən insanların fərqinə belə varmadan etdiyi ən böyük səhvlərdən biri də budur - pəhriz müddətində yağlı qidaları atmaq və ümumiyyətlə yağın miqdarını azaltmaq. Bu isə nəticədə sizin fərqində olmadan (daha doğrusu, doymadığınız üçün) karbohidratın miqdarını artırmağınıza səbəb olacaq, yəni düyü, kartof, şəkər, un məmulatları, makaron fəsiləsi və s. kimi. Belə olduqda isə kalori atmaq əvəzinə daha çox kalori almış olacaqsınız, çünki bu qidalar qanda şəkər və insulin miqdarının sürətlə və daha çox artmasına səbəb olur. Bu da sonda çəkinin azalması yox, artması ilə nəticələnir. Ona gorə də bu səhvdən qaçın.

Şirin heç bir şey yeməmək

Bu başdan deyək ki, pəhrizdə un məmulatlarını və şirniyyati qida rasionunuzdan tamamilə çıxarmanız da sizə uğur gətirməyəcək, çünki bu cur pəhrizlər sizə gün ərzində lazım olan enerjini, gücü verməyəcək, üstəgəl də ləzzətsizlik tezliklə ondan imtina etməyinizə gətirib çıxaracaq. Qısası, bu səhv də ən azı yuxarıda qeyd etdiyimiz qədər təsirlidir.

Ac qalaraq çəki atmaq

Artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlərin bir səhvi də məhz budur. Di gəl ki, insanların çoxu buna ciddi yanasmır. Hərəkətsizlik - əgər təkcə arıqlamaq yox, həm də formada qalmaq və o formanı qorumaq istəyirsinizsə, onda mütləq hərəkət edin. Gündəlik etdiyiniz fiziki hərəkətlər kalorilərin daha sürətlə əriməsinə səbəb olur və qidalanma əgər pəhriz dönəmində hər bir insan üçün individualdırsa, hərəkət də hər kəs üçün eyni qədər önəmlidir. Ona gorə də ac, amma hərəkətsiz olmaqdansa, doğru qidalanıb hərəkət etməyə üstünlük versəniz daha yaxşdır.

İndi kökəlim, sonra arıqlaram

Kökəlməyə meyilli olan və tez-tez kökəlib-arıqlayan insanların ən böyük səhvlərindən biridir bu. Əslində, nəzərə almaq lazımdır ki, bədən hər dəfə çəki alib-atdıqca kökəlməyə daha da meyilli olur. Bir yanlış da insanların "onsuz da tez çəki ata bilirəm" düşüncəsidir, yəni bir qədər artıq çəkinin ziyanı yoxdur. Bu isə nəticədə bir müddətdən sonra çəki atmağı daha da çətinləşdirrir.

Tarix
2014.04.23 / 02:52
Müəllif
Günel Bədəlova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla