Yuxarı

Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının nişanlanması, yol cizgilərinin və yol göstərici xətlərin yenidən rənglənməsi və s.) işlərinin aparılması ilə əlaqədar paytaxtın 28 May küçəsinin Yusif Səfərov küçəsinin kəsişməsindən Bülbül propektinə qədər olan hissəsi, həmçinin Bülbül prospektinin 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva küçəsinə qədər olan hissəsində bu gün axşam 22:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu məhdudlaşma iş başa çatana qədər davam edəcək.

Qeyd edək ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub. /Trend/

Tarix
2014.04.23 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla