Yuxarı

Elton Məmmədov: “Bu videoları kimin yaydığını bilirəm” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır".

Bu sözləri "Axar.az"a millət vəkili Elton Məmmədov mediada digər oğlu Elnur Məmmədovun da avto-xuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedi.

Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib".

Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüb:

"Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max" turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə təbliği ilə məşğuldur. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər".

Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: "Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək".

E.Məmmədov ona qarşı kampaniya təşkil edənlərlə mübarizə aparmaq fikrində olmadığını bir daha xatırlatdı: "Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə aparım?"

Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu yayılıb.

Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub.

Tarix
2014.04.23 / 11:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla