Yuxarı

Vahid Ələkbərov prezidentin sevgilisinə 2 milyon verib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin bağ evindən tapılan sənədlər hələ də incələnməkdədir.

"Axar.az"ın Ukrayna mediasına istinadən xəbərinə görə, növbəti diqqət çəkən fakt Rusiyanın "Lukoyl" şirkətinin Ukrayna bölməsinin Yanukoviçin sevgilisi Lyubov Polejaya 2010-ci ilin oktyabrın 14-də 2 milyon qrivni hədiyyə etməsidir.

Qeyd edək ki, sözügedən fakt Yanukoviçə aid xəbərlər üzrə yaradılmış xüsusi saytda yerləşdirilib. Xeyiriyyə məqsədi ilə ayırlan pulun imzalanma mərasimindən 2 həftə sonra Yanukoviç "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşüb. Həmin vaxt "Karpatneftximin" bərpasındakı roluna görə sabiq prezident rus şirkətinə və onun rəhbərliyinə təşəkkürünü bildirib.

Yanukoviçin açıqlamalarından:

"Bu müəssisənin bərpasında verdiyi sözə əməl etdiyinə görə Vahid Ələkbərova dərin təşəkkürümü bildirirəm. O, 550 milyon dollar sərmayə qoyub. İnanıram ki, gələcəkdə sərmayənin həcmi 1 miyard dollara çatacaq".

Öz növbəsində V.Ələkbərov Qara Dənizdə neft axtarışında işlərin aparılmasında maraqlı olduğunu dilə gətirib.

Xatırladaq ki, bu yaxınlarda Yanukoviçin Moskva ətrafındakı "Rublyovka"kada 52 milyon dollara imarət aldığı xəbərləri yayıldı. Məlumatlarda həmçinin onun azərbaycanlı milyarderlə qonşu olduğu da bildirilirdi. Ekspertlər Yanukoviçlər ailəsinin Ələkbərovla "qonşuluq" məsələlərin həm də bu amillə - müəyyən işbiliyində olmaları ilə əlaqələndirirlər.

Tarix
2014.04.23 / 12:58
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla