Yuxarı

Keçmiş polisin evində aparılan əməliyyatla bağlı açıqlama – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən Xırdalan şəhəri Quşçuluq massivində keçmiş polis əməkdaşının evində əməliyyat keçirilməyib".

Bu sözləri "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

O, evində əməliyyat keçirilən və polis olduğu bildirilən şəxsin 10 il bundan öncə DİN-dən xaric olunduğunu deyib:

"Bu şəxsin adı Canpolad Eyvazov deyil, Camulla Eyvazovdur. Təxminən 10 il bundan öncə, yəni 2004-cü ildə polis sıralarından xəstəliyinə görə xaric olunub".

Məlumata görə, hazırda onun sözügedən ünvandakı evində Kəlbəcər qaçqını Mehparə Zeynalova kirayədə yaşayır. Əməliyyat zamanı onlar da həmin evdə olub.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində Quşçuluq massivində keçmiş polis zabitinə məxsus evdə mənşəyi məlum olmayan 300 kq iylənmiş toyuq əti aşkarlanmışdı.

Tarix
2014.04.23 / 14:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla