Yuxarı

Ərdoğan ermənilərə başsağlığı verdi - "Erməni soyqırımı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlaması yayımlanıb.

"Axar.az" xəbər verir ki, Ərdoğanın Baş Nazirliyin saytında yayımlanan mesajı 8 xarici dildə yerləşdirilib.

Açıqlamada erməni vətəndaşları və bütün dünyadakı ermənilər üçün xüsusi əhəmiyyət daşıyan 24 aprelin tarixi bir məsələ ilə bağlı dəyərli fürsət yaratdığını deyən Ərdoğan bildirib ki, Osmanlı dönəminin son illərinin türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün çətin bir zaman olduğu heç vaxt yaddan çıxmayacaq: "Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi ermənilərin də o zaman üzləşdikləri acıları yad etmək və paylaşmaq bir insanlıq vəzifəsidir. 1915-ci il hadisələri ilə bağlı fərqli fikir və düşüncələrin sərbəst ifadə edilməsi demokratik mədəniyyətin vacib hissəsidir".

Ərdoğanın açıqlamasında daha sonra bildirilib: "Etnik və dini kökləri nə olursa-olsun, əsrlərlə bir yerdə yaşamış, sənətdən diplomatiyaya, dövlət idarəsindən ticarətə qədər hər sahədə birgə dəyərlər yaradan Anadolu insanları yeni bir gələcək inşa edən imkan və qabiliyyətinə bu gün də malikdir. XX əsrin əvvəllərindəki şərtlərdə həyatlarını itirən ermənilərin rahat yatmalarını diləyir, nəvələrinə başsağlığımızı bildiririk. Həmin vaxtlarda oxşar şərtlərdə həyatlarını itirən bütün Osmanlı vətəndaşlarını da rəhmət və hörmətlə xatırlayırıq".

Xatırladaq ki, ermənilər 1915-ci ildə baş verən bu hadisələri "erməni soyqırımı" kimi qələmə verir və hər il 24 apreli soyqırım günü kimi keçirirlər. Dünyadakı erməni lobbisi bu tarix ərəfəsində ciddi aktivləşir.

Tarix
2014.04.23 / 18:29
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla