Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
03:03
Ana səhifə Gündəm |
"Ruslar Krımda uzun saqqal saxlayan şəxslərin hər birini islam radikalları adlandırırlar".
"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib. O, Krımdakı bütün məscidlərə FTX (FSB) agentlərinin nəzarət etdiyini bildirib:
"Krımdakı məscidlərin hər birində FTX agentləri əyləşir. Məscidə gələn bütün şəxslərin hamısı qeydə alınır. Saqqalı uzun olan şəxsləri islam radikalları adlandırırlar. Krımda tatarlara qarşı münasibət tam kəskinləşib. Bu torpaqların sahiblərini yenidən represiyaya məruz qoymaq istəyirlər. Artıq yerli ruslar tatarlara qarşı gizlin olaraq öz narazılıqlarını bildirirlər. Hətta illərlə qonşuluq edən ruslar öz qonşularına "nə zaman bu torpaqlardan gedəcəksiniz?" suallarını verirlər".
Tarix
2014.04.24 / 01:00
|
Müəllif
İlkin Həsənov
|