Yuxarı

Azərbaycanda yeraltı şəhər tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə yer altında olan Şəhərgaha ekspedisiya qrupu göndəriləcək.

Məlumata görə, Kürdəmirin Ərəbqubalı kəndində bir şəhər var. Amma o, yerin üstündə yox, altında yerləşir. Şəhərgah adı verilən bu tarixi məkan Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərinə hələ ötən əsrin 70-ci illərindən məlumdur. Meliorasiya işləri aparılan zaman aşkarlanan Şəhərgahda 2009-2010-cu illərdə professor Qafar Cəbiyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tədqiqatlar aparıblar.

Tarixi abidənin Şirvanşahlar dövlətinin paytaxtı olduğu güman edilir. Ərəbqubalı kənd sakini Ərəstun Babayev deyib ki, ərazidə qazıntı işləri davam edərsə, bütün sirrlər açılacaq. Araşdırmalar dayandırıldıqdan sonra yerin təkindən çıxan əşyalar kənd klubuna aparılır. Daha yaxşı vəziyyətdə olanlar isə Kürdəmir Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Sakinlərin sözlərinə görə, tədqiqatlar davam etməzsə, 50 hektara yaxın ərazidə yerləşən tarixi abidənin itib-batmaq təhlükəsi böyükdür.

Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev bildirib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun planına əsasən, aparılan tədqiqatların dayandırılmasının səbəbləri var: "Orada iki faktor var. Onlardan biri torpağın mülkiyyətçilərdə olmasıdır. Həmin torpaq sahəsini əkib-becərirlər. Biz onlarla mütəmadi maarifləndirmə işi aparırıq. Xahiş edirik ki, torpağın çox dərin qatlarına nüfuz etməsinlər".

Vaqif Əliyev deyir ki, artıq payçılarla 3 hektara yaxın ərazinin boşaldılması barədə razılıq əldə edilib. Qazıntı işlərinin dayandırılmasına digər bir səbəb kimi Ərəbqubalıya aparan yolun bərbad vəziyyətdə olması göstərilir. Ancaq Vaqif Əliyev ümid edir ki, yaxın zamanda yol məsələsi öz həllini tapacaq və ekspedisiya qrupu ərazidə qazıntı işini davam etdirəcək. Şöbə müdirinin sözlərinə görə, gələcəkdə turist marşrutları məhz Ərəbqubalıdan keçəcək. /EL TV/

Tarix
2014.04.24 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla