Yuxarı

Fiziki qüsurlu uşaqlar Türkiyədə müalicə alacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup fiziki qüsurlu uşaq müayinə və müalicə olunmaq üçün Türkiyəyə yola salınıb.

Bu barədə "Axar.az"a açıqlama verən Assosiasiyanın rəhbəri Sevil Yusifova səfər çərçivəsində onların uşaq şənliklərində iştirak edəcəklərini də deyib.

Onun sözlərinə görə, azərbaycanlı uşaqlar "Rommer" fiziki tədavi və reablitasiya mərkəzində "çekap" müayinə olunacaqlar:

"Sonra isə əlil uşaqların valideynləri ilə doktorların görüşü keçiriləcək. Türk doktorlar tərəfindən əlil uşaqalara qayğı göstərilməsi, valideynlərin nələrə fikir verməsi, uşaqlarına hər gün hansı idman hərəkətlərinin etdirilməsinin vacibliyi və s. məsələlər haqda məlumat veriləcəkdir. Həmçinin bu cür uşaqların valideynlərinə psixoloji durumunun pozulmaması və mənəvi sarsıntılardan qorunması üçün onlara psixoloq məsləhətləri də veriləcək".

Bundan başqa əlil uşaqlara tibbi cihazların köməyi ilə qısa müddətli müalicə seasnlar təşkil ediləcək. Əlillərin bu cihazlara bədənin reaksiyası öyrəniləcək.

S.Yusifova deyib ki, Türkiyədə həyata keçiriləcək proqram Bursa şəhər valiliyinin və "Umuda addım" Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Proqrama yerli xeyriyyəçilər və millət vəkilləri də dəstək olublar:

"JQA olaraq "Heç olmasa bir əlilə bilet alaq" aksiyamıza dəsətək olan çox dəyərli millət vəkilimiz professor Gülçöhrə Məmmədovaya, Çingiz Qənizadəyə, Azay Quliyevə sonsuz təşəkkürlərimizi bildiririk. Onlar əlilin valideyni ilə qardaş dövlətin xeyirxahlığından yararlanmasına qarşılıq verdilər və imkansız ailələrin Bursaya getməsinə dəstək oldular".

Tarix
2014.04.24 / 12:15
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla