Yuxarı

İşıq gələn tərəfə, ya it hürən?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağı bizə qaytarmayan Qərb, ya Qarabağın yarısını verən Rusiya?

Bəli, Qarabağ məsələsi ölkəmizin əsas problemlərindən biridir, amma tək problemi deyildir.

Əlbəttə, problemlərin siyahısında hansının birinci yerdə olduğunu demək çətindir. Üstəlik, bir neçə prioritet məsələ var ki, bunlar eyni zamanda əldə olunası məsələlərdir.

Məsələn müstəqillik. Çox vacib bir prioritetdir, amma bu, eyni zamanda, xalqın və millətin siyasi, sosial və mədəni inkişafı ilə bir yerdə olmalıdır; belə halda bu inkişaf naminə müstəqillikdən az bir dərəcədə imtina etmək mümkün sayılmalıdır – bunun ən gözəl misalı Avropa Birliyidir; ümumi və proqressiv bir Avropa ailəsi naminə üzv dövlətlər müstəqilliklərinin bir hissəsini AB qurumlarına veriblər.

Bəşir Əsəd kimi idarə olunan müstəqil Suriyə əvəzinə Avropa Birliyinin 48-ci dövləti, ya da ABŞ-ın 52-ci ştatı olmaq əlbəttə daha uğurlu olardı.

Diqqət eləsəniz, tərcih kimi Avrasiya İttifaqının 4-cü üzvü demədim. Demərəm də.

İstər AB, istərsə ABŞ-da (Qərb dediyimiz dünyaya, bunlardan başqa ÜTT-in əsas üzvləri, Kanada, Braziliya, Avstraliya, Yaponiya kimi dövlətlər aid edilir) bir çox məsələdə nümunə olacaq göstəricilər mövcuddur. Bunu istər sənayedə, istərsə təhsil, ya mədəniyyətdə, istərsə də iqtisadi və sosial inkişafda görmək mümkündür. Vətəndaş cəmiyyəti – buyurun... Sosial rifah - ideal olmasa da var... İnsan hüquqları – qənaətbəxş... Başqa sözlə, bu cəmiyyətlərdə insanların "xoşbəxtlik" göstəriciləri Rusiya və onun "kondominiumlarında" olandan qat-qat yaxşıdır. Aramızda neçəmiz Moskvaya gedib və oralara kütləvi qibtə etmişik?

Adını çəkmək istəmədiyim gənc yazar dostlarımdan birisi məni qərbpərəst olmaqla ittiham edirdi. Necə oldusa, bir ay ABŞ-da yaxşıca gəzdi. O gündən Amerika bunun ağzından düşmür. Təbiidir – daha yüksək həyat standartı sizə izah edir ki, necə yaşamalı, necə tikməli, necə qurmalısan.

Qayıdaq Qarabağ məsələsinə. Rusiya bizə 5 rayonumuzu qaytarmağa kömək edərsə, onun başçılıq etdiyi ittifaqa girməliyikmi? Millətimizin inkişafı adına bu bizə nə verəcək?

Bu sualın cavabı rusların özündədir: Rusiya öz vətəndaşına nə veribsə, bizə də ondan artığını verməyəcək. Üstəlik, rus sülhməramlılarının yerləşdirilməsindən tutmuş xarici və müəyyən dərəcədə daxili siyasətə qədər, onlara tabe olmaq da var bu işin içində.

Lakin bu fikir və qayğılar millətini və onun gələcəyini özünə dərd edənlər üçündür. Şəxsi, korporativ və biznes maraqlarını üstün tutanlar başqa cür düşünə bilər.

Fikir azadlığı çox vacib, eyni zamanda, təməl azadlıqlardan biri olduğu halda, bu sahədə çətinliklərimiz yox deyil. Fikir azadlığı digər əsas azadlıqların təməlidir – söz və ifadə azadlığının, din və vicdan azadlığının, siyasi hüquqların, sərbəst toplaşma hüququnun.

Bizsə fikrən azad deyildir. Özünü ziyalı adlandıran insanların müstəqil düşüncələri olmur, onun əvəzinə qeyri-ictimai maraqların mətbuat katibi kimi çıxış edirlər. Bunlar ictimai maraqların təminatçısı və müdafiəçisi yox, bəlkə öz sosial statuslarının təminatçısı sayıla bilər.

Avtointeqrasiya sadəcə orqanik olmamalıdır, hətta onun orqanik formada ortaya çıxmasına ehtiyac da yoxdur. Əsas olan fikirlərin, dünya görüşünün dəyişməsidir. Əsas olan azad ölkənin azad vətəndaşı olmağın sevincini və qürurunu yaşaya bilməkdir.

Tarix
2014.07.08 / 10:28
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla