Yuxarı

Bakıda ölüm klinikasının sahibi istintaqdan gizlənir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu "Medi Sina" klinikasının sahibi Müğdət Əhmədiyyə oğlu Həşimov hələ də istintaqdan gizlənir.

Bu barədə açıqlama verən hüquqşünas Səməd Vəkilov deyib ki, uzun müddətdir istintaq orqanının M.Həşimovu axtarmasına baxmayaraq, klinika rəhbəri çağırışlara cavab verməyib:

"Medi Sina" klnikasının sahibi Müğdət Həşimov istintaqdan qaçmaqla məsuliyyətdən yayınmağa çalışır. Klinikanın sahibləri demək olar ki, qaçıb gizləniblər. Ancaq heç kim istintaqdan qaçmaqla məsuliyyətdən yayına bilməz".

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Prokurorluğunda sözügedən cinayət işini araşdıran müstəntiq Vaqif Süleymanova müraciət etdik. Müstəntiq M.Həşimovun hələ də istintaqdan yayındığını təsdiqləyərək onun barəsində axtarış elan olunduğunu bildirib.

Qeyd edək ki, M.Həşimov əvvəlki araşdırmanın gedişində Nəsimi Rayon Prokurorluğunda dindirilib. Lakin işi yenidən araşdıran Bakı Şəhər Prokurorluğu hələ ki, onu dindirə bilməyib. V.Süleymanov istintaqın gedişində də konkret bir nəticənin olmadığını deyib.

Xatırladaq ki, "Medi Sina" Tibb Mərkəzi lisenziya müddəti başa çatmamış bağlanıb. Klinikaya aid olan avadanlıqlar da oradan çıxarılıb.

Tarix
2014.07.17 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla