Yuxarı

Kəlbəcər girovlarının qohumları aksiya keçirdi - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-07-22 17:08

Girov götürülmüş Şahbaz Quliyevin qohumları və 30-a yaxın həmkəndlisi bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin qarşısına toplaşıblar.

Aznews.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əllərində Şahbazın şəklini tutmuş yaxınları 10 gündən artıqdır ki, Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların taleyi barədə məlumat almaq istədiklərini deyiblər. Şahbaz Quliyevin qohumları BQXK- dən girovlar barədə media nümayəndələrinin önündə açıqlama verməsini tələb ediblər.

Şahbaz quliyevin həmkəndlisi Elşad Hüseynov bir cavab almayana qədər heç yerə getməyəcəklərini bəyan edib: "Azərbaycan torpağında girov tuturlar. Cəmiyyət də bizi qarşılamır? Deyir çəkilişi yığışdır qəbul eləyim. Gecə də olsa oturub qapının ağzında gözləyəcəyik".

Şahbaz Quliyevin ailəsi BQXK-ni fəaliyətsizlikdə günahlandırıb.

Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BQXK tərəfindən onlara heç bir rəsmi məlumat verilmədiyini söyləyib:
"Yəni bu nə dərəcədə düzgündür? Mən bu Qızıl Xaçın burdakı işini qiymətləndirmək də istəmirəm, onlardan razı da deyiləm. Erməninin bir əsiri burda olan kimi həmin an məlumat ötürürlər, hər şey qaydasına düşür. Amma Şahbaz haqda heç bir məlumat bizə gəlib çatmır".

BQXK-nin Bərdə ofisindən qapının önünə toplaşanlara yalnız iki nəfərin qəbul ediləcəyi bildirilib. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları və icra hakimiyyətinin nümayəndələri də gəliblər. Bərdə Rayon İcra hakimiyətinin nümayəndələri də məlumat almaq üçün içəri keçmək istəsələr də ofisə buraxılmayıblar.

Nəhayət komitənin yerli ofisinin rəsmiləri ilə Şahbazın quliyevin yaxınlarından bir neçə nəfərlə ofis daxilində görüş keçirilib. Danışıqlarda yaxınlarına verilən cavabsa belə oldu.

Şahbaz Quliyevin qohumu Nizami Əhmədov qeyd edib ki, BQXK-dən onlara bildiriblər ki, bu barədə heç bir məlumatları yoxdur: "Yəni öldüsü, qaldısı, yaralısı heç bir məlumat yoxdur",- deyə BQXK-dən onlara cavab veriblər.

Komitənin Bərdə ofisindən Şahbaz Quliyevin yaxınlarına bildiriblər ki, hələlik girovlar BQXK-nin İrəvan ofisində qeydiyyatda deyil, məlumat almağa çalışacaqlar.

***

2014-07-23 13:30

Aksiya davam edir.

Aksiya zamanı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ərinin azad olunmasını tələb etdiyini söyləyib. O əri geri qaytarılmayana qədər heç yerə getməyəcəyini, lazım olsa Beynəlxalq Qırmızı Xaç Komitəsinin binası qarşısında gecələyəcəyini bildirib.

Qeyd edək ki, aksiya iştirakçıları girovların azadlığa buraxılmayacağı təqdirdə evlərinə getməyəcəklərini deyiblər.

Azxeber.com

Tarix
2014.07.23 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla