Yuxarı

Həsən Şirinovun sürücüsünə vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub.

Aznews.az-ın məlumatına görə, idarə rəisi polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı.

Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək.

Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Baş Yol Polis İdarəsinin müavini Həsən Şirinovun kadrı kimi tanınır. H. Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.

Onu da bildirək ki, son günlər Həsən Şirinovun işində verdiyi ciddi nöqsanlara görə, cəzlandırılması xəbərləri yayılıb.

Tarix
2014.07.22 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla