Yuxarı

"Qərb Qafqaz mücahidlərini maliyələşdirəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qafqaz mücahidlərinin aktivləşməsinə şərait yarana bilər".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Şimali Qafqazda yeni münaqişə ocağının yaranacağı ilə bağlı məsələni şərh edərkən deyib. O, Rusiyanın oyun qaydalarını pozduğuna görə cəzalandırılacağını bildirib:

"Rusiya oyun qaydalarını pozdu. Məsələn, Çeçenistan müharibəsi zamanı Putinin qələbəsində Qərbin də rolu oldu. Qərb istəyirdi ki, Rusiyada sabitlik olsun. Ona görə də mücahidlərin maliyyələşdirilməsi, silahların verilməsi dayandırıldı. Şayiələr gəzirdi ki, bunu ərəb ölkələri edib. İndi Rusiya Ukraynaya hücum edir. Bu, oyun qaydalarının pozulmasıdır. Avropanın ortasında Rusiya müstəqil dövlətə təcavüz edir, onun ərazisini özünə ilhaq edir. Ona görə Rusiyaya qarşı da oyun qaydaları tamamilə dəyişir. Əgər Qərb əvvəllər Şimal Qafqazda döyüşün səngiməyini istəyirdisə də, indi bunda maraqlı deyil. Bundan da mücahidlər bəhrələnə bilərlər. Yenə də maliyyəyə və silaha əlləri çata bilər. Şimali Qafqazda yenidən partizan müharibəsi dirçələr. Onsuz da bu səngiməmişdi. Sadəcə, çox zəifləmişdi. Çünki səbəblər aradan qaldırılmayıb. Şimali Qafqaz xalqları öz adət-ənənələri və dinləri ilə yaşamaq istəyirlər. Bunun qarşısını alan Rusiyadır. Əgər onların silah-sursatı və ya heç olmasa maliyyəsi artırılsa, mücahidlər döyüşəcəklər".

Tarix
2014.07.23 / 09:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla