Yuxarı

Rusiyaya yeni sanksiyalar: Avropa uçurumun kənarında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranı və Malayziya Hava yollarına məxsus sərnişin təyyarəsinin vurulması ABŞ-ı yenidən hərəkətə gətirib.

Axar.az xəbər verir ki, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalara başlamaq qərarına gəlib. Yeni sanksiyalara Avropa Birliyinin də (AB) qoşulacağı gözlənilir.

AB Xarici İşlər nazirləri maliyyə, müdafiə, texnologiya və enerji sahələrində Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi mövzusunda razılığa gəlib.

AB-də fikir ayrılığı

Qeyd edək ki, ABŞ-dan fərqli olaraq Rusiya ilə sıx ticari və enerji əlaqələri olan AB ölkələri sanksiyaların genişləndirilməsini əslində o qədər də istəmir. İngiltərə sanksiyaların genişləndirilməsini tələb etsə də, Rusiyaya milyard dollarlıq döyüş gəmisi satmağı planlaşdıran Fransa və sıx ticarət əlaqələri olan Almaniya sanksiyaların məhdud olmasını tələb edir. Bundan başqa mütəxəssislər Avropanın ən böyük neft və qaz tərəfdaşı olan Rusiya ilə münasibətləri soyutmağın Avropa iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər verəcəyini düşünür.

Sanksiyalar labüddür

AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti idarəsinin nümayəndəsi Ketrin Eşton iyulun 24-də Avropa Komissiyasının Rusiyaya qarşı maliyyə və müdafiə sektorlarını əhatə edəcək yeni sanksiyaların qəbul ediləcəyini bildirib.

Xarici İşlər nazirlərinin verdiyi ümumi bəyanatda Rusiyadan separatçı qrupların silahlandırılmasını dayandırmaq, Ukrayna sərhədindən ordunun geri çəkilməsi tələb olunub.

Eston keçirdiyi mətbuat konfransında tələblərin yerinə yetirilməyəcəyi təqdirdə yeni sanksiya paketlərinin qəbul edilməsinin labüd olduğunu bildirib.

Tarix
2014.07.23 / 09:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla